Uşaqlar üçün yeni nağıl kitabı nəşr olundu

Uşaqlar üçün yeni nağıl kitabı nəşr olundu
4 avqust 2023
# 19:00

Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni nağıl kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, nəşrin redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.

Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan sözügedən kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir. Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.

Qeyd edək ki, Vüqar Haqverdiyev ümumilikdə otuza yaxın rəngli nağıl kitabının, uşaq pyesinin, eləcə də bədii və cizgi film ssenarisinin müəllifidir.

# 2647 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
Ceyms Bond  roluna yeni namizəd  ortaya çıxdı

Ceyms Bond roluna yeni namizəd ortaya çıxdı

10:52 5 noyabr 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər