Türkiyədə 2500 illik heykəl tapıldı

Türkiyədə 2500 illik heykəl tapıldı
4 avqust 2026
# 11:10

Türkiyənin Manisa şəhərində yerləşən Sardes antik şəhərində aparılan qazıntılar zamanı təxminən 2500 illik mərmər cavan oğlan heykəli tapılıb.

Kulis.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy məlumat yayıb.

Nazir 2,2 metr hündürlüyündəki heykəlin yüksək səviyyədə qorunub saxlanması və detalları ilə dövrün heykəltaraşlıq sənətinin nadir nümunələrindən biri olduğunu bildirib.

Roma dövründə sütunlu küçənin döşəməsində yenidən istifadə edilən heykəlin üzüaşağı yerləşdirilməsi onun əsrlər boyu zədələnmədən bu günə çatmasına şərait yaradıb.

Əsərdəki qeyri-adi geyim detalları Lidiya mədəniyyətinin izlərini daşıyır, fiqurun əlində tutduğu meyvə isə antik Sardes şəhərinin inanc dünyası və mədəniyyəti haqqında mühüm məlumatlar verir.

Qeyd edək ki, elmi araşdırma və bərpa işləri başa çatdıqdan sonra heykəl Manisa Muzeyində nümayiş olunacaq.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
Ceyms Bond  roluna yeni namizəd  ortaya çıxdı

Ceyms Bond roluna yeni namizəd ortaya çıxdı

10:52 5 noyabr 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər