“Türk Dünyasının Mədəni İrs Siyahısı”nın hazırlanmasına başlanıldı

“Türk Dünyasının Mədəni İrs Siyahısı”nın hazırlanmasına başlanıldı
23 iyun 2023
# 12:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasına baxış – 2040” konsepsiyası çərçivəsində əsas istiqamətlərdən biri olan “Türk Dünyasının Mədəni İrs Siyahısı”nın hazırlanması ilə bağlı iş aparılır.

Kulis.az xəbər verir ki, bu xüsusda, Fondun təşəbbüsü ilə “Türk Dünyası Mədəni İrs Siyahısı”nın təməlini təşkil edən hüquqi mətnin hazırlanmasına başlanılmışdır. Sənədlə bağlı ilk müzakirə iclası Türk Dünyasının akademik, hüquq və mədəni irs sahələrində mütəxəssislərinin iştirakı ilə onlayn keçirilib.

Toplantıda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva görüş iştirakçılarını salamlayaraq, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Günay Əfəndiyeva qeyd edib ki, təşkilat tərəfindən Türk mədəniyyətinin təşviqi və Türk xalqlarının qədim dəyərlərinin yaşadılmasına yönəlmiş fəaliyyətlərindən biri Türk Dünyasının Mədəni İrsi Haqqında Konvensiyasının ilkin layihəsinin hazırlanmasıdır.

O, Konvensiyanın Türk Dünyasının mədəni irsinin qorunması və təbliğinə böyük töhfə verəcəyini qeyd edərək, sənədlə bağlı Fondun həyata keçirdiyi hazırlıq işlərindən, onun möhkəm hüquqi təməllər üzərində qurulmasının əhəmiyyətindən söz açıb.

Günay Əfəndiyeva Konvensiyanın Türk Dünyasının Mədəni İrs Siyahısı üçün vacib hüquqi baza olduğunu qeyd edərək, sənədin hazırlanmasına dair təşkilat tərəfindən mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıb. Fondun prezidenti bu mövzu ətrafında təşkil edilən məhsuldar iclas görüşlərini Türk Dünyası üçün fikir mübadilələrinə imkan yaradan mühüm platforma kimi dəyərləndirib və bu istiqamətdə başladılan işlərə töhfə verdikləri üçün görüş iştirakçılarına təşəkkürünü bildirib.

İclasda mədəni irs hüququ üzrə ekspertlər, maddi və qeyri-maddi irs üzrə ixtisaslaşmış alimlər, sualtı irsin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat və qurumların nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları Konvensiyanın Türk Dünyası üçün əhəmiyyəti və beynəlxalq müstəvidə rolu ilə bağlı fikirlərini səsləndiriblər. İclasın yekununda Türk Dünyasının Mədəni İrs Konvensiyasının hazırlanmasına dair növbəti görüşlərin yaxın gələcəkdə təşkili qərara alınıb.

# 1658 dəfə oxunub

Oxşar xəbərlər

Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər