Sumqayıt yaxınlığında türk tayfalarının izi... - Reportaj

Sumqayıt yaxınlığında türk tayfalarının izi... - Reportaj
14 noyabr 2022
# 16:00

Tarix boyu insanlarımız su qıtlığından əziyyət çəkdikləri üçün ovdanlardan istifadə ediblər. Həmin su quyuları və ovdanlar əslinə qalsa, tarixi abidələrimiz hesab olunur.

Uzun illər istifadə olunan ovdanlar sonradan torpaq altında qaldıqları üçün üstü bağlanıb və insanlar tərəfindən unudulub.

Tarixən ovdanlar həm içməli suyun saxlanması, həm də təbii soyutma üçün istifadə olunub. Ovdanların su mənbəsi yeraltı torpaq və yağış sularıdır. Əsrlər əvvəl onlar su ehtiyatları baxımından böyük əhəmiyyət kəsb edirdisə, indiki vaxtda ovdanlardan o qədər də istifadə olunmur və onlar baxımsız vəziyyətdə qalıb.

Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ     - FOTO

APA-nın yerli bürosunun məlumatına görə, belə ovdanlardan biri Sumqayıtın Yaşma bağları ərazisində yerləşən ovdandır. Ovdan bu yaxınlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.

Üz tutduq ovdanın yerləşdiyi əraziyə. Ovdan yaşayış məntəqəsindən bir qədər aralıda, düzənlik ərazidə yerləşir.

Ovdan iki hissədən ibarətdir. Giriş hissəsi aşkara çıxarılsa da, daxilində araşdırma aparmaq üçün kifayət qədər maraqlı məqamlar var. Ovdan 10 pilləkəndən ibarətdir.

Ovdanın ətrafında çoxsaylı saxsı fraqmentlərinə rast gəlinir.

Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ     - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov APA-ya bildirib ki, ovdan uzun illər istfadə olunub və orta əsrlərə aid olduğu ehtimal edilir: “Araşdırmalarımız nəticəsində bu ərazidə ovdan aşkarladıq. Eyni ilə bu ovdandan Xızı rayonunun Şurabad qəsəbəsində də var.

Lakin Yaşmada yerləşən ovdanın özəlliyi, onun üzərində Qobustan, Səngəçal, Hacıqəbul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi Türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə abidənin üzərində altıyadək damğa mövcuddur. Buradakı damğalar Şimali Qafqazda tapılan damğalarla 70 faizə yaxın uyğunluq təşkil edir”.

S. Qurbanov onu da bildirib ki, ovdanın ətrafı bəzi işbaz “qızıl axtaranlar” tərəfindən də qanunsuz qazıntı işlərinə məruz qalıb.

İdarə rəisi qeyd edib ki, bunula bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ     - FOTO

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayeva isə APA-ya bildirib ki, ərazidə ovdanın mövcudluğu yaxınlıqda yaşayış məntəqəsinin olmasından, eləcə də vaxtilə karvansaranın mövcudluğundan xəbər verir: “Ovdanın ətrafından saxsı fraqmentlərin tapılması, qədim daşların mövcud olması ərazinin karvan yolu üzərində yerləşdiyini deməyə əsas verir. Böyük ehtimal ki, burada karvansara yerləşib, karvansarada gecələyənlər ovdandan istifadə ediblər”.

Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ     - FOTO

Qeyd edək ki, ərazidə aşkar olunan ovdanın tarixi və xüsusiyyətləri ilə bağlı daha geniş arxeoloji təqdiqatlara ehtiyac var.

İdarə rəisi onu da bildirdi ki, yaxın vaxtlarda arxeoloqların iştirakı ilə ərazidə geniş tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər