Sevda Ələkbərzadə: "O adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm"

Sevda Ələkbərzadə:  "O adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm"
30 noyabr 2023
# 14:15

“Bayaq burada bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi, lakin problem bu deyil, problem odur ki, bu gün radionu açırsan, həmin bayağı mahnını eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin o bayağı mahnını oxuyanı görürsən, o mahnını eşidirsən”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiyada deyib.

"Aparıcılar həmin adamları elə formada təqdim edir ki... Nəticədə, həmin adamlar özlərinə sənətçi deyirlər. Çox üzr istəyirəm, o adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm", - Əməkdar artist qeyd edib.

Sevda Ələkbərzadə bayağı mahnıların gələcək nəsillərə təsiri məsələsinə toxunub. "Balaca uşaq axı bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı? O sadəcə görür. Eşidir. Və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim? Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?".

Müğənni televiziya proqramlarına qatılmamasının səbəbini açıqlayıb: "Çünki mən baxıram ki, həmin verilişə iki gün öncə kimlər çağırılıb? Və onlar necə təqdim edilib. Mənim o verilişdə nə işim var? Ayıbdır".

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

13:52 9 avqust 2026
Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə  "muminlərin anası" adlandırırdılar?

Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə "muminlərin anası" adlandırırdılar?

13:30 9 avqust 2026
"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

12:30 9 avqust 2026
Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

10:30 9 avqust 2026
"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər