Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi

Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi
5 oktyabr 2026
# 17:30

Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin III Beynəlxalq Opera Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev tərəfindən Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyi münasibətilə Cəmiyyətin “Körpü” diplomu yubilyara təqdim edilib.

Tədbirdə Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərək almanların Azərbaycan torpaqlarında məskunlaşma tarixindən, onların ölkəmizin ictimai və mədəni həyatına verdikləri töhfələrdən, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi-mədəni aspektlərindən bəhs edib, Alman Lüteran kilsəsinin tarixi haqqında məlumat verib.

Almaniyanın Birlik Gününə həsr olunmuş musiqi tədbirində Azərbaycan və Alman bəstəkarlarının əsərləri səsləndirilib. Festival çərçivəsində vokal və opera musiqisinin müxtəlif nümunələri təqdim olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, gənc solistlər və “Mezzo” Kamera Orkestri iştirak ediblər.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

18:00 5 oktyabr 2026
Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

17:00 5 oktyabr 2026
Antik Roma mədəniyyəti yeni sərgidə

Antik Roma mədəniyyəti yeni sərgidə

16:30 5 oktyabr 2026
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

16:00 5 oktyabr 2026
Nüfuzlu musiqi festivalının biletləri tükəndi

Nüfuzlu musiqi festivalının biletləri tükəndi

13:30 5 oktyabr 2026
Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər