Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb

Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb
18 dekabr 2021
# 16:47

“Xalq Bank” “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini görkəmli Azərbaycan rəssamı Şamo Abasovun yaradıcılığına həsr edib.

APA-nın məlumatına görə, dekabrın 17-də “Xalq Bank”ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamın yaradıcılıq xüsusiyyətləri haqqında danışıb. O qeyd edib ki, Şamo Abasovun öz dəst-xətti olub: "Şamo Abasov Azərbaycanın ən gözəl rəssamlarından biridir. Onun öz dəst-xətti var idi. Bu, hər rəssama xas olan şey deyil. Şamonun rəsmlərini harda görsən, bilirsən ki, bu, onun əsəridir. Onun sənəti hər zaman yaşayacaq”.

Xalq rəssamı Hüseyn Haqverdiyev Şamo Abasovla olan xatirələrindən danışıb. O qeyd edib ki, Leninqradda rəssamla birlikdə təhsil alıb və onunla bağlı yalnız xoş xatirələri var.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib ki, Şamo Abasov rəngkarlıq sənətində çox böyük iz qoymuş sənətkardır: "Bu kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində rəssamlara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir.

Mənim ilk işim Şamo Abasovla olub. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm. Onun emalatxanasında tez-tez görüşürdük, işləyirdik. Biz artıq dostlaşmışdıq. Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı "Qarabağın göz yaşları" adlı silsilə əsərləri onun Vətən itkisi ilə bağlı ağrısını gözəl əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Ağır il idi. Əvvəlcə pandemiya, sonra müharibə xəbəri gəldi. Biz Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Cəbrayıl azad olundu. Düşünürəm ki, Şamonun ruhu indi şaddır. Onun əsərləri daim yaşayacaq".

Rəssamın oğlu Turqut Abasov ailəsi adından kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, sözügedən kitab vasitəsilə Şamo Abasov dünyası ilə tanış olmaq mümkün olacaq.

Tədbir çıxışlarla davam edib.

Rəsmi hissə bitdikdən sonra qonaqlar sərgi salonunda rəssamın yaradıcılığı ilə yaxından tanış olub, sənətkarın bədii albomunu hədiyyə alıblar.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər