Rusiya kinoteatrları milyardlarla itki verdi

Rusiya kinoteatrları milyardlarla itki verdi
28 aprel 2023
# 10:30

Ayrı-ayrı Rusiya KİV-lərinin jurnalistləri Rusiyanın böyük kinoteatrlarının maliyyə hesabatlarını təhlil edib və belə nəticəyə gəliblər ki, Hollivud studiyalarının getməsi fonunda 2022-ci ildən bütün Rusiya kinoteatrları milyardlarla itki verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, nəticələrə görə, Formula Kino və Cinema Parkın ən böyük birləşmiş kinoteatrlar şəbəkəsinin əsas hüquqi şəxsi – 65 kinoteatrı idarə edən “Cinema Park” ASC – Cinema Park ASC 2022-ci ildə gəlirlərinin 43,2%-ni itirib. “Cinema Park” ASC-nin 2022-ci ildə ümumi zərəri 1,8 milyard rubl təşkil edib.

Növbəti belə itki 12 kinoteatrı idarə edən RSM MMC-yə məxsusdur. Orada ümumi gəlir 47,3% azalaraq 1,1 milyard rubl təşkil edib. İl ərzində xalis zərər 482,4 milyon rubl olub.

KARO şəbəkəsinin gəliri isə 41,8% azalaraq 2,2 milyard rubl, xalis zərər isə 1,3 milyard rubl təşkil edib. Eyni zamanda "Kinomax" şəbəkəsini idarə edən hüquqi şəxsin gəliri 46,6% , təxminən 2 milyard rubla qədər azaldıb. Zərər - təxminən 1 milyard rubl olub.

Cinema Star'ı idarə edən şirkət də gəlirlərinin azaldığını bildirib. Bu şirkət 40 milyon rubl zərər görüb.

Qeyd edək ki, bütün bu itkilərə baxmayaraq Rusiya Kinoteatrları hələ ki, yalnız regional səviyyədə müəyyən dəstək ala bilib.

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər