“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrası başa çatdı

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrası başa çatdı
1 dekabr 2020
# 13:08

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihənin icrası başa çatıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi, ″Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr″ İctimai Birliyi tərəfindən keçirilən layihə Şamaxı və Xaçmaz regionu üzrə geniş marağa səbəb olub.

Layihənin icrasında Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının alim heyəti yaxından iştirak edib. BMA-nın elmi laboratoriyasının rəhbəri, dosent Nuridə İsmayılzadənin qeyd etdiyi kimi laboratoriyanın əməkdaşları xanəndəlik ixtisasında Xalq artisti Zümrüd Məmmədova, tar ixtisası üzrə Xalq artisti Ramiz Quliyev, kamança ixtisası üzrə Əməkdar incəsənət xadimi Arif Əsədullayev region müəllimləri ilə metodiki məsələlər üzrə müzakirələr aparıb, şagirdlərlə ustad dərsləri keçiblər. Layihəyə Xaçmaz Regional Mədəniyyət və İsmayıllı Regional Mədəniyyət idarələri cəlb olunub, qurumların göstərişi ilə üç ay ərzində davam edən layihəyə Xaçmaz və Şamaxı regionu üzrə musiqi məktəblərinin şagird və müəllim heyəti qatılıb.
Layihədə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzi xüsusi fəallıq göstərib.

Uğurla başa çatan layihənin gələcəkdə də davam etdirilməsi İctimai Birlik və BMA-nın elmi laboratoriyası üçün prioritet istiqamətlərdəndir.

# 1099 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər