Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır

Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır
18 fevral 2026
# 10:42

Kulis.az Şəhriyar del Geraninin "Qurbana və qurbanlara dair…" yazısını təqdim edir.

Qurbanov qardaşımızın son açıqlamalarına baxdım, biabırçılıq.

Qardaşımız adicə idman nəzakətini bilmir imiş, biabırçılıq.

Ən pisi, beş-on saata "Nyukasl"la oynayacaqlar, qardaşımız hələ beş-on gün qabaqdan məğlub olub "Nyukasl"a - Biabırçılıq.

Qurban insan, nöş belə edirsən? Axı milyonlarla azarkeş bu günə başqa intonasiyada yanaşır idi. Budur futbol əxlaqı? - Biabırçılıq.

Guya bütün dünya bilmirdi favorit "Nyukasl"dı?

Guya bu “həqiqəti” sənin dilindən eşitmək istəyirdik?

Ona qalsa, dünən "Yuventus" idi favorit. Amma Okan Buruk idman nəzakətini də, futbol əxlaqını da çox yaxşı bilir. Məsələn, o, Yuventusa heç bir müstəvidə uduzmadı. Sən isə “İmişli”ylə son oyundan sonra “başa düşdün”, sən demə, ölkədə stadioan yox imiş - Biabırçılıq.

Əlbəttə, ölkədə stadion olmaz day. Guya bilmirsən nöş yoxdur ölkədə stadion? - Biabırçılıq.

Deyirsən, oyunçularım zədələndi Qubada “İmişli”ylə oyunda. Sənin “oyunçuların” futbolçudu, bizimkilər “topdaşıyan”?

Biz çempionat başlayandan sənin bəyənmədiyin o meydanda oynayırıq. Əgər sənin üçün Azərbaycan futbolu vacib idisə, çoxdan etməliydin bu etirafı. Ki, ölkədə stadion yoxdur. Yoxsa, onsuz da hamı bilir, ölkədə stadion yoxdur, “Azersun holding” var. Biabırçılıq.

Çox yəqin hamımız “Qarabağ”a azarkeşlik edəcəyik bu gün. Amma, sadəcə azarkeşlik edəcəyik. Qarabağ və “Qarabağ” adına milyonlara yiyələnib camaatın qürurunu, ümidini, şəxsiyyətini, əzmini zədələməyəcik, azarkeşlik edəcəyik. Qarabağa getməyə pulumuz və portalımız yox, “Qarabağ”a baxmağa pulumuz və ümidimiz - Biabırçılıq.

…Və çoxlu, çoxlu, çoxlu sayda biabırçılıq…

# 4185 dəfə oxunub

Oxşar xəbərlər

Ərdəbilli sənətçi:  "Uşaqlıqdan Azərbaycan musiqisi ilə böyümüşük..." - Müsahibə

Ərdəbilli sənətçi: "Uşaqlıqdan Azərbaycan musiqisi ilə böyümüşük..." - Müsahibə

10:25 15 aprel 2026
100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək

100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək

10:10 15 aprel 2026
Ələkbər Salahzadənin qızı:  "Atamın ölümündən sonra nömrəsindən zəng gəldi, açdım ki..." - Müsahibə

Ələkbər Salahzadənin qızı: "Atamın ölümündən sonra nömrəsindən zəng gəldi, açdım ki..." - Müsahibə

10:00 15 aprel 2026
“Azərpoçt” 55-ci Beynəlxalq yazı müsabiqəsi elan etdi

“Azərpoçt” 55-ci Beynəlxalq yazı müsabiqəsi elan etdi

18:10 14 aprel 2026
Xalq artisti "Fəxri diplom"la təltif olundu

Xalq artisti "Fəxri diplom"la təltif olundu

16:31 14 aprel 2026
Dahilərin həyat tərzi... -  Sağlam qidalanmanın ədəbiyyatla əlaqəsi varmı?

Dahilərin həyat tərzi... - Sağlam qidalanmanın ədəbiyyatla əlaqəsi varmı?

15:00 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər