Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
13 aprel 2026
# 17:37

Xalq artisti Maqsud Məmmədov vəfat edib.

Kulis.az xəbər verir ki, baletmeyster 97 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb.
Qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərən Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə də çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğinə böyük töhfələr verib.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Maqsud Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

# 510 dəfə oxunub

Oxşar xəbərlər

"Qırmızı terror"un qurbanı - Xüsusi xidmət orqanları onu niyə izləyirdi?

"Qırmızı terror"un qurbanı - Xüsusi xidmət orqanları onu niyə izləyirdi?

11:00 20 may 2026
“Xalq şairi Sabir Rüstəmxanlı”  adlı kitab sərgisi istifadəçilərə təqdim olundu

“Xalq şairi Sabir Rüstəmxanlı” adlı kitab sərgisi istifadəçilərə təqdim olundu

10:30 20 may 2026
Stalinin heyran qaldığı aktrisa - O, niyə Üzeyir Hacıbəyovla mübahisə etmişdi?

Stalinin heyran qaldığı aktrisa - O, niyə Üzeyir Hacıbəyovla mübahisə etmişdi?

10:18 20 may 2026
Rəsul Rza mükafatı  laureatlara təqdim olundu

Rəsul Rza mükafatı laureatlara təqdim olundu

18:22 19 may 2026
“Bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir layihə üzərində işləyirəm” - Babək Niftəliyevlə müsahibə

“Bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir layihə üzərində işləyirəm” - Babək Niftəliyevlə müsahibə

18:02 19 may 2026
Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"

Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"

16:11 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər