“Olimpiya, incəsənət və idman” adlı sərginin açılışı olub

“Olimpiya, incəsənət və idman” adlı sərginin açılışı olub
5 noyabr 2022
# 19:00

Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan “Olimpiya, incəsənət və idman” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Sərgi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə MOK-un 30 illik yubileyinə həsr olunub.

Mərasimdə MOK-un baş katibi Azər Əliyev, vitse-prezidenti Çingiz Hüseynzadə, Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri Əsmər Baratzadə, Orman və Səmra Mariflilərin ifasında vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bu il qurumun yaranmasının 30 ilinin tamam olduğunu deyib. Bildirib ki, Milli Olimpiya Komitəsi ötən müddət ərzində çətin və şərəfli bir yol keçib, yüksək nailiyyətlərə imza atıb: “Bu gün açılışında iştirak etdiyimiz sərgidə nümayiş etdirilən idman mövzulu rəngkarlıq, qrafika və heykəltəraşlıq işləri MOK-un 1998-ci ildən “Olimpiya, incəsənət və idman” adı altında keçirdiyi müsabiqələrdən toplanılmış qiymətli əsərlərdir. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi hər Yay Olimpiya Oyunlarının keçirilməsinə 2 il qalmış “Olimpiya, incəsənət və idman” adlı beynəlxalq müsabiqə elan edir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi də bu müsabiqənin ən fəal iştirakçısı kimi rəssam və heykəltəraşlarımızın respublika daxili yarışmasında ilk 3 yeri tutmuş əsərlərini göndərir. Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi belə müsabiqələrdə ölkəmizin rəssam və heykəltəraşlarının işləri uğur qazanır, diplom və sertifikatlarla mükafatlandırılır”.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. “Olimpiya, incəsənət və idman” sərgisində Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin nümayiş olunduğunu bildirən Xalq rəssamı layihənin təbliğat və təşviqat baxımından əhəmiyyətini vurğulayıb.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, MOK-un inzibatı binasının 4 mərtəbəsində də nümayiş olunan sərgidə Xalidə Səfərova, Kərim Cəlal, Telman Abbasov, Hidayət Cəlilov, Mais Əliyev, Asif Azərelli, Rauf İsmayılov, Adil Rüstəmov, Böyükağa Yəhyayev, Arif Mərdanov, Rəsul Hüseynov, heykəltəraşlardan Natiq Əliyev, Xanlar Əhmədov, Asim Quliyev, Faiq Hacıyev, Vaqif Nəzirov, Arif Qazıyev, Azad Əliyev, Zakir Mehdiyev, Nəcəf Salamov kimi tanınmış rəssamların 60 rəsm və 30 heykəltəraşlıq əsəri nümayiş olunur.

"Olimpiya , incəsənət və idman” sərgisi bu ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.

# 3023 dəfə oxunub

Oxşar xəbərlər

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər