Nobel Sülh Mükafatına 305 namizəd irəli sürüldü

Nobel Sülh Mükafatına 305 namizəd irəli sürüldü
23 fevral 2023
# 11:00

Norveç Nobel Komitəsi 2023-cü il Nobel Sülh Mükafatına 305 namizədin irəli sürüldüyünü açıqlayıb.

Kulis.az xəbər verir ki, Osloda yerləşən Norveç Nobel Komitəsi namizədlik müraciətlərinin başa çatdığını elan edib. Komitənin fevralın 1-nə olan məlumatına görə, mükafata namizədlərin sayının 305 nəfərdir. 2019-cu ildən bəri qeydə alınan ən aşağı nominasiya sayı olduğunu açıqlayıb. Son 8 ildə mükafata namizədlərin sayı 300-ü keçdiyi halda, 2016-cı il 376 namizədlə ən çox namizədin qeydə alındığı il olub.

Nobel Sülh Mükafatına namizədliyi irəli sürülmüş şəxslərin adları və namizədlik məlumatları komitə tərəfindən 50 il ərzində məxfi saxlanıldığı halda, mükafatı irəli sürməyə səlahiyyətli şəxslər və təşkilatlar öz namizədliklərini ictimaiyyətlə paylaşa bilərlər.

Məsələn, Norveçin Yaşıllar Partiyasından olan deputat Lan Marie Nquyen Berq, iqlim fəalları Qreta Tunberq və Vanessa Nakateni 2023-cü il Nobel Sülh Mükafatına namizəd göstərdiklərini açıqladı. Bir qrup dövlət başçıları, siyasətçilər, universitet professorları və xarici əlaqələr təşkilatlarının direktorları mükafata namizədlər irəli sürə bilərlər.

Mükafat öz sahiblərini dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə tapır.

2022-ci il Nobel Sülh Mükafatını Belarusyadan olan insan hüquqlarının müdafiəçisi Ales Bialiatski və Rusiya və Ukraynadan olan insan haqları təşkilatları olan "Memorial və Vətəndaş Azadlıqları Mərkəzi", 2021-ci il Nobel Sülh Mükafatını isə Filippin və Rusiyada söz azadlığı uğrunda mübarizə aparan jurnalistlər Mariya Ressa və Dmitri Muratov qazanıb.

Qeyd edək ki, Kovid-19 epidemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafatlandırma mərasimləri keçirilməyib.

# 2560 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

16:00 30 sentyabr 2026
2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər