Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı

Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı
19 iyun 2026
# 15:00

Fransanın Milli Kitabxanasında (BnF) dahi bəstəkar Volfqanq Amadey Motsartın fleyta və arfa üçün yazdığı, indiyədək heç kimə məlum olmayan yeddi əsərinin əlyazması aşkar edilib.

Kulis.az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.

Bildirilir ki, bu tarixi tapıntı Zalsburqdan olan mütəxəssislər tərəfindən də rəsmən təsdiqlənib. Əsrlər boyu gizli qalmış bu kompozisiyalar Musiqi Günündə ilk dəfə ictimaiyyət üçün səsləndiriləcək.

Hersoqun qızına verilən dərslərin yadigarı

Məlumata görə, 44 səhifədən və 12-yə yaxın kompozisiyadan ibarət olan bu nadir avtoqrafı (əlyazmanı) hələ fevral ayında kitabxananın musiqi şöbəsinin mühafizəçisi Fransua-Pyer Qua tapıb. Araşdırmalar nəticəsində məlum olub ki, qeydlər Motsartın 1778-ci ildə Parisdə hersoq de Qinin qızı Mari-Luiza-Filippina de Boner de Qinə verdiyi musiqi dərsləri zamanı edilib.

Fleyta və arfa üçün nəzərdə tutulan yeddi pyesdən sonuncusunun yarımçıq qaldığı bildirilir. Sənədin tam həqiqiliyi və Motsarta aid olması isə aprel ayında mütəxəssislər tərəfindən birdəfəlik təsdiqini tapıb.

Fransanın Milli Kitabxanasının (BnF) direktoru Jil Peku bu tapıntının əhəmiyyətini belə izah edib:

"Bu, mütəxəssislər tərəfindən birmənalı qəbul edilmiş çox mühüm bir kəşfdir. O, bizə pedaqoq Motsart haqqında daha çox məlumat əldə etməyə imkan verir və dahi bəstəkarın Parisdəki son səfərini rəsmi şəkildə sənədləşdirir".

Qapalı konsert və xüsusi nümayiş

Bazar günü qeyd olunacaq Musiqi Günündə bu nadir pyesləri ilk dəfə "Radio France" Filarmonik Orkestrinin solistləri – fleytaçı Matilda Kalderini və arfaçı Nikolya Tülye ifa edəcəklər. Lakin konsert qapalı formatda keçiriləcək və oraya giriş yalnız xüsusi dəvətnamələrlə mümkün olacaq.

Geniş auditoriya üçün isə konsertin səs yazısı bazar ertəsi "France Musique" radiosunda yayımlanacaq. Bundan əlavə, bayram şərəfinə kitabxana ziyarətçiləri həmin nadir əlyazmanın özünə canlı baxmaq imkanı əldə edəcəklər – sənəd xüsusi eksponat kimi nümayişə çıxarılacaq.

# 874 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər