"Motivator" filmi beynəlxalq festivalda mükafat qazandı

"Motivator" filmi beynəlxalq festivalda mükafat qazandı
9 oktyabr 2024
# 17:20

29 sentyabr – 4 oktyabr tarixlərində Moskvada Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti tərəfindən təşkil edilən, MBD ölkələrinin iştirakı ilə “Yüksəliş” (“Восхождение”) adlı beynəlxalq tələbə film festivalı keçirilib. Festivalda 30-dan çox film iştirak edib.

Kulis.az xəbər verir ki, “Ən yaxşı sənədli film” kateqoriyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi altı filmdən, üç film müsabiqəyə qoşulub.

Onlardan biri “Sabah” qrupunun tələbəsi Şöhrət İbrahimova “Şirin yuxu”, Elmar Fərzəliyəvin “Hökm” və Kamal Müşviq İbadovun “Motivator” adlı filmləri müsabiqədə iştirak üçün seçilib.

“Motivator” filmi “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Filmin rejissoru Kamal Müşviq İbadovdur. ADMİU-nun Kino-Televiziya Sənətləri kafedrasının müdiri, rejissor Elnur Mehdiyev festival çərçivəsində keçirilən konfransda Azərbaycanda kino sənayesinin formalaşması və inkişafının yeni mərhələsi haqqında çıxış edib. E.Mehdiyev, təqdim olunan tələbə filmlərinin və çıxışlarının məharətinə, yüksək yaradıcılıq səviyyəsinə, o cümlədən, konfranslarda, dəyirmi masalarda və plenar iclaslarda məruzələrin elmi-metodiki səviyyəsinə görə, ADMİU-nun diplomla təltif edildiyini də qeyd edib.

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər