Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi - Səfirlik məsələni nəzarətə götürdü

Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi  - Səfirlik məsələni nəzarətə götürdü
24 oktyabr 2025
# 18:36

Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.

Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov fakt barəsində məlumatlı olmadığını deyib.

Məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyi də məlumatlandırılıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.

# 535 dəfə oxunub

Oxşar xəbərlər

Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 24 oktyabr 2025
"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!”

"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!”

17:11 24 oktyabr 2025
Conni Depp uzun fasilədən sonra kinoya qayıdır

Conni Depp uzun fasilədən sonra kinoya qayıdır

17:05 24 oktyabr 2025
Pablo Pikassonun itkin sayılan tablosu  Madriddə tapıldı

Pablo Pikassonun itkin sayılan tablosu Madriddə tapıldı

16:55 24 oktyabr 2025
Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

16:40 24 oktyabr 2025
Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi yad edildi

Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi yad edildi

16:15 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər