Şeyx Əbdül: "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

Şeyx Əbdül:  "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"
23 oktyabr 2025
# 17:01

“İllərdir kinonu niyə bu günə qoyular? Bütün MDB ölkələrində Kinostudiyanı bərpa ediblər. Peşəkar kino ilə məşğul olan insanlar var, prosesdəki problemləri bilirlər, niyə onlar kənarda qalıb?”

Kulis.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

Onun sözlərinə görə, aidiyyəti olmayan insanlar kinoya rəhbərlik edirlər:

“Ömrünü kinoya verən adamlar haradadır? 81 illik ömrünün 64 ilini kinoya sərf edən, Şeyx Əbdül kimi xahiş edirəm, məsul şəxslər bu işlə məşğul olsun. Bu gün kino ictimaiyyətində olanlar var, onlar yığılmalıdır. Yaltaqlar, məddahlar, kino ilə özünə karyera quranlar, uşaqlarına vəzifə alanlar yox, kino eşqiylə yaşayanlar yığılıb kinoya bir gün ağlamalıdır. Kimsə qohum-əqrəbasına yer tapmır, gətirib atırlar Kinostudiyaya. Artistlər kino adamı deyil. Nə Rasim Balayevin, nə Şəfiqə Məmmədovanın kinoya dəxli var. Onlar kinonun daxili problemlərini bilmirlər. Gəlib filmlərinə çəkilib gedirlər. Şəfiqə xanım 40 ildir Kinostudiyanın qapısın tanımır”.

Xalq artisti həmçinin Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə arasındakı konflikdən də danışıb.

“Əli Həsənov bizi Prezident Aparatına çağırdı. Dedi ki, Kinematoqrafçılar İttifaqını bərpa eləmək lazımdır, prezidentin tapşırığı var. Dedi, sədr olaraq kimi görürsən? Dedim, Eldar Quliyevi, Oqtay Mirqasımovu, Cəmil Quliyevi. Məni soruşdu, dedim, yox mən kino çəkənəm. 1 ay keçmişdi ki, eşitdik, Şəfiqə Məmmədova İttifaqa sədr seçilib. Kinoya xəyanət birinci oradan başladı. Ramiz Mehdiyevgilin bir xəyanəti də mənimlə bağlıdır. O vaxt "Qan yaddaşımız: Tarixi erməni yalanları" adlı bir veriliş aparırdım. Məni çağırdılar ki, veriliş dayandırılmalıdır, qarşılıqlıq yaradırsan. Axırda məni işdən çıxardılar, verilişi də dayandırdılar. Ramiz Mehdiyevin təşəbbüsü ilə oldu bu.

Növbəti məsələ də yenə mənə dəydi. Evimi uçurub yerində park salıblar. Hacıbala Abutalıbov kimi bir şoumen mənə dedi ki, Ramiz Mehdiyevlə aranı düzəltməsən, onun dediklərini eləməsən, sənin evini verə bilmərəm. Dedim, əlimdə məhkəmə qətnaməsi var. Dedi, məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır. Ramiz Mehdiyev nə desə, onu edəcəm. Amma bu gün bunların yox, kinonun davasını edirəm”.

Qeyd edək ki, Xalq artisti səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Sənətkarın səhhəti həkim nəzarəti altındadır.

# 6211 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər