Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

Sənət dünyasını silkələyən məşhur muzey soyğunları
24 oktyabr 2025
# 16:40

Son günlərdə Parisdə Luvr muzeyindən Fransa tacına məxsus 9 ədəd dəyərli brilyantın inanılmaz bir soyğun planı ilə qarət olunması sənət cameəsini sarsıdıb və tarixdə baş verən məşhur muzey oğurluqları məsələsini yenidən gündəmə gətirib.

Kulis.az indiyədək baş verən tarixin ən məşhur muzey soyğunları haqqında materialı təqdim edir.

Leonardo da Vinçinin “Mona Liza”sının oğurlanması, Luvr Muzeyi, 1911

“Mona Liza” bu gün dünyanın ən məşhur rəsmi sayılır, amma 1911-ci ildə oğurlanmazdan əvvəl geniş tanınmırdı.

Keçmiş muzey işçisi Vincenzo Peruggia gecə muzeydə gizlənərək səhər əsəri paltosunun altına salıb çıxarıb.

O, əsəri satmağa cəhd etsə də, iki il sonra Florensiyada tapılıb. Bu hadisə “Mona Liza”nı əfsanəyə çevirib.

Rembrandtın “Jacob de Gheyn III” portretinın aparılması, Dulviç Qalereyası

Rembrandtın əsərləri ən çox oğurlanan sənət nümunələrindəndir.

“Jacob de Gheyn III” portreti isə bu baxımdan rekordçudur - dörd dəfə oğurlanıb və hər dəfə tapılıb.

Bu səbəbdən tabloya "Apar-gətir Rembrandt" ("Takeaway Rembrandt") ləqəbi verilib.

Portret bu gün də Londondakı Dulviç Qalereyasında nümayiş etdirilir.

Jan van Eykin “Gent Altarı”nın oğurlanması (1432)

Renessans dövrü başlanğıcının müjdəçisi kimi qiymətləndirilən bu qiymətli tablo, 600 illik tarixi ərzində bəzi mənbələrə görə, 13 dəfə, bəzilərinə görə isə 7 dəfə oğurlanıb.

Bu faktlara görə, onu “dünyanın ən çox oğurlanan sənət əsəri” hesab edirlər.

İsabella Stüart Qardner Muzeyi soyğunu, Boston, 1990

Bu hadisə ABŞ tarixindəki ən böyük sənət oğurluğu sayılır.

1990-cı ilin 18 mart tarixində polis geyimində olan iki nəfər “xəbər aldığını” bəhanə edib muzeyə daxil olub, iki mühafizəçini bağlayıb və 81 dəqiqə ərzində 13 əsəri oğurlayıb.

Oğurladıqları əsərlərin arasında Rembrandt, Vermeer, Deqas və Manet kimi ustadların tabloları da var idi.

Ən qiymətli əsər - Vermeerin “Konsert” tablosu yarım milyard dollar dəyərində hesab olunur.

Rembrandtın “Cəlilə dənizində fırtına” əsəri çərçivəsindən kəsilərək aparılmışdı. Bu boş çərçivələr bu gün də muzeydə asılı vəziyyətdə saxlanılır.

Van Qoq Muzeyi soyğunları, Amsterdam (1991 və 2002)

2002-ci ildə iki Van Qoq tablosu oğurlanıb, yalnız 14 il sonra - 2016-cı ildə tapılaraq muzeyə qaytarılıb.

Əsərləri italyan polisi Neapol mafiyasından geri almışdı.

1991-ci ildə isə muzeydən 20 tablo (ümumi dəyəri 400 milyon avro) oğurlanıb, lakin qısa müddət sonra tərk edilmiş bir avtomobildə tapılıb.

2002-ci ildə oğurlanan tablolar isə bir fermada tapılaraq muzeyə qaytarılıb.

Drezden “Yaşıl kassa” oğurluğu, Almaniya, 2019

2019-cu ildə Drezdendəki Muzeydən yüz milyonlarla avro dəyərində 18-ci əsrə aid almaz bəzəkli krallıq zinət əşyaları oğurlanıb.

Əşyaların bir hissəsi sonradan tapılıb, beş nəfər məhkum edilib, biri isə bəraət alıb.

Tarix göstərir ki, sənət əsərləri yalnız muzeylərdə deyil, həm də cinayətkarların xəyalında yaşayır.

Bu oğurluqlar bəzən məşhur əsərləri yox edir, bəzən isə — Mona Liza nümunəsində olduğu kimi, onları ölümsüzləşdirir.



# 1511 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər