Məşhur rəssamın əsərləri oğurlandı

Məşhur rəssamın əsərləri oğurlandı
17 avqust 2026
# 12:30

İtaliyanın Siciliya adasında yerləşən Messina şəhərindəki Regional Muzeydən İntibah dövrünün görkəmli rəssamı Antonello da Messinaya aid milyonlarla avro dəyərində dörd qiymətli əsər oğurlanıb.

Kulis.az xəbər verir ki, qarətçilər rəssamın 1473-cü ilə aid "San Qreqorio" poliptixinin günümüzədək gəlib çatmış beş pannosundan üçünü və "Pieta" səhnəsində Məryəm ana ilə İsa təsvir edilmiş ikitərəfli pannonu zirehli vitrindən çıxararaq aparıblar.

Soyğunçular poliptixin bütün pannolarını çərçivəsindən çıxarsalar da, qaçarkən ikisini divarın arxasında qoyublar.

Oğurluq hadisəsi şəhər əhalisinin Məryəm ananın göyə yüksəlməsi bayramını küçələrdə kütləvi şəkildə qeyd etdiyi vaxtda, gecə saatlarında baş verib.

Sənətşünaslar oğurlanan əsərlərin ümumi dəyərini 70-80 milyon avro arasında qiymətləndirirlər.

Muzeyin direktoru Marisa Merkuro və şəhərin mədəniyyət məsələləri üzrə rəsmisi Entso Karuzo baş verənləri Messina şəhəri, İtaliya mədəniyyəti və dünya incəsənəti üçün böyük fəlakət və ağır itki kimi dəyərləndiriblər.

Ekspertlər qeyd edirlər ki, dünyaca tanınan bu nadir incilərin leqal yollarla satılması praktiki olaraq qeyri-mümkündür.

# 490 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər