Məşhur filmin premyerası təxirə salındı

Məşhur filmin premyerası təxirə salındı
28 iyul 2022
# 15:40

Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filminin nümayişi 2023-cü ilə qədər təxirə salınıb.

Kulis.az xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsəri qarşıdan gələn kino mükafatları mövsümünə vəsiqə qazanmaq üçün 2022-ci ilin sonuna qədər tamaşaçılara təqdim edilməli idi, ancaq indi onun premyerasının 2023-cü ildə olacağı açıqlanıb. Ola bilsin ki, rejissor M.Skorseze həmin filmi böyük kinofestivallardan birində - Kanda təqdim edəcək.

Qeyd edək ki, "Ay çiçəyi qatilləri" filmi Devid Qrannın romanının motivləri əsasında çəkilib. Filmdəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

Filmdə rollara Robert De Niro, Leonardo Di Kaprio, Cessi Plemons, Brendan Frayzer və digər tanınmış aktyorlar çəkiliblər.

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

11:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
3800 il əvvələ aid şəhər tapıldı -  İnsanlar quraqlıqda necə sağ qalıblar?

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

18:40 12 sentyabr 2025
Xalq artisti  palataya köçürüldü

Xalq artisti palataya köçürüldü

18:30 12 sentyabr 2025
"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

17:50 12 sentyabr 2025
"Giorgio Armani" brendi kimə miras qaldı?

"Giorgio Armani" brendi kimə miras qaldı?

17:30 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər