Məşədibaba özünü yandırmayıb, o, öz-özünə alışıb

Məşədibaba özünü yandırmayıb, o, öz-özünə alışıb
3 may 2024
# 17:00

Kulis.az Ülvi Bahadırın Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimindən hazırladığı reportajı təqdim edir.

“Gün çox sakit başladı. Pəncərəni açan kimi apaydın işıq üzümə sillə kimi çırpıldı”.

Azərbaycan Dillər Universitetinin qarşısındayam. Tələbələr qapının qabağında qruplar halında toplaşıb.

İki ildən sonra, nəhayət, Yaradıcılıq fakültəsinin diplomunu alacam.

Foyedə dostları görüb salamlaşıram.

Cavid Zeynallı ilə söhbət eləyə-eləyə ikinci mərtəbəyə qalxırıq.

Pəncərədən ağaclara baxıram. May çox gözəldir. Həm də qəribə. Nə isti kimi isti... Nə soyuq kimi soyuq...

***

“Uzaqlarda kimsə nəğmə oxuyur...
Uzaqlarda...

Hazırlıq gedir. Adamlar yavaş-yavaş çoxalmağa başlayır.

Ramiz Rövşən asta addımlarla gəlir və Kamal Abdullanın kabinetinə daxil olur.

- Bəs 12-nin yarısı başlayacaqdı?

- Tez gələsiniz deyə, elə demişdik. Əslində, 12:00-da başlayacaq. - Qismət müəllim cavab verir.

Əvvəlcədən söhbətdən hali olanlar özlərini qəti yormayıblar. Düz vaxtında – 12-də gəldilər.

Açığı, gözəl may səhəri burada olmaq arzuolunan görünmür, ancaq işin içində ədəbiyyat varsa...

***

“Gecə...dünya...külək onsuz yaşayır”.

Nəhayət, içəri keçirik. Hərə özünə bir yer tapıb oturur.

Hamı hardansa gəlib. Hamı harasa tələsir. Gözlər saatda... Mən də ansambla qoşulub saata baxıram.

Kamal Abdulla içəri girir. Dalınca da Ramiz Rövşən, Həmid Herisçi, Aqşin Yenisey, Varis və Ulucay Akif.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

Xalq yazıçısı hər zamankı təmkini ilə sözə başlayır. O, gənclərə yalnız mətnə inanmağı, mətnə arxalanmağı tövsiyə eləyir.

Kamal Abdullanın çıxışından sonra mükafatlandırma mərasimi başlayır.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

***

"Bir şaftalı ağacı tülə bürünüb quş kimi səkirkən..."

Arada kənddən şəkillər göndərirlər... Sarı, qırmızı, çəhrayı... Baxırsan, ürək döyüntülərin artır.

“Qardaşım ağaclar, bacım çiçəklər”.

Kökədən bir dişlək alıb armudu stəkandakı pürrəngi çayı qurtumlayıram.

***

Yaradıcılıq fakültəsinin tələbələrinə diplomlar verilir. Mənim diplomumu isə Varis müəllim təqdim edir.

Və bundan sonra fəaliyyətimizin parlaq olacağına heç bir şübhəm qalmır.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

***
Söz Ramiz Rövşənə verilir.

Şeiri ifa eləmək haqqında danışır:

“Necə yaşamısansa, gərək şeiri də elə deyəsən”.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

Sonra “Sevgi məktubu kimi” şeirini deməyə başlayır:

Dağlar arasında dərə
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.

Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi məktubu kimi.

Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə
sevgi məktubu kimi.

...Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi...

Ətrafa ilıq bir sükut çökür.

Sükutu Həmid Herisçi pozur:

“Ədəbiyyatımızda postmodernizm dövrü bitdi, neoklassisizm dövrü başlayır”. Həmid bəy AYB-yə keçidini də belə şərh edir.

Sonra iş alışmağa, yanmağa gəlir. O, Brunonu, Kərəmi misal gətirib, keçir Məşədibabaya: “Məşədibaba özünü yandırmayıb, öz-özünə alışıb o”.

Həmid bəy axır ki, ciddiyyətlə oturmuş insanların üzündə gülüş yaratmağı bacardı.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

Aqşin Yenisey yenə öz ampluasındadı: “Mən istəyirəm ki, ədəbiyyatımızı sosioloqlar, psixoloqlar dəyərləndirsin”.

Onlardan sonra teatrşünas Aydın Talıbzadə, yazıçı Fəxri Uğurlu, ədəbiyyatşünaslar Elnarə Akimova, Maral Yaqubova və Nərgiz Cabbarlı çıxış elədilər. Onlar da fakültənin tələbələrinə uğurlar arzuldılar.

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

***
Tədbirdən sonra hamı çölə çıxır. Oxucular şairlərlə şəkil çəkdirmək təlaşındadırlar.

Hava get-gedə isinir. Qayıdanbaş yenə pəncərədən ağaclara baxıram. Yarpaqlar tələsmir, asta-asta süzülür səmada.

Çölə çıxıram. Külək qaçırdır saçlarımın yuxusun. Dincəlir gözlərim Günəşin sonuncu şüasında…

“Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…”


# 5584 dəfə oxunub

Oxşar xəbərlər

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

16:49 18 mart 2026
Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

16:00 18 mart 2026
“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

14:50 18 mart 2026
Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

14:25 18 mart 2026
Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

14:19 18 mart 2026
“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam"  kitabının təqdimatı keçirildi

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı keçirildi

13:50 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər