Məmməd Aslana həsr olunmuş virtual kitab sərgisi hazırlanıb

Məmməd Aslana həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
24 dekabr 2024
# 13:50

Bu gün müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın anadan olmasının 85-ci ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Məmməd Aslanın pedaqoji, tərcüməçilik fəaliyyəti, "Yenilik", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərinin, "Ulduz", "Azərbaycan təbiəti" jurnallarının redaksiyalarında işləməsi, "Yazıçı" nəşriyyatında böyük redaktor, "Ekran-Efir" qəzetinin baş redaktoru olması haqda məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində şairin “Seçilmiş əsərləri”, “Varlıqla yoxluq arasında”, “Ağla, qərənfil ağla”, “Sözün özü”, “Səhəri kim açır” kimi kitabların qısa annotasiyası təqdim edilir, dövri mətbuat nümunələri, Məmməd Aslanın müxtəlif illərdə tədbirlərdə, görüşlərdə çəkilən fotoşəkilləri sərgilənir.

# 2571 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər