“Maya” filminin təqdimatı keçirildi

"Maya" filmi

"Maya" filmi

23 fevral 2023
# 20:30

Bu gün Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədqimatı giriş sözü ilə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza açıb. Daha sonra rejissor, Xalq artisti Oktay Mir Qasım çıxış edib. O, tələbəsi Xəyal Rzanı təbrik edərək, ona xoş arzularını çatdırıb.

Təqdimat mərasimində tanınmış qələm adamları, kino sənətinin nümayəndələri iştirak ediblər.

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə və Sabirabadda baş tutan filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir.

# 5539 dəfə oxunub

Oxşar xəbərlər

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər