Əli bəy Hüseynzadə haqqında biblioqrafik monoqrafiya çap edildi

Əli bəy Hüseynzadə haqqında biblioqrafik monoqrafiya çap edildi
26 fevral 2020
# 10:42

Bu günlərdə “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya“ adlı yeni kitab çapdan çıxıb.

Kulis.az xəbər verir ki, biblioqrafik monoqrafiya Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

Əsərin tərtibçi–müəllifi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır.

Kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərlidir. Yeni nəşrə filologiya elmlər doktoru Almaz Ülvi, dosentlər – pedaqogika üzrə fəlsəfə doktorları Sima İsmayılova, Solmaz Sadıqova və Xuraman Ağayeva kimi tanınmış alimlər rəy veriblər.

XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik xarakterli monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cı illərin faktları əhatə olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir.

Ümumilikdə, biblioqrafiyada 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanan materiallar əlavələr şəklində verilib. Monoqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin İstiqlal Muzeyində, Ege Universitetində, Azərbaycan Respublikası Dövlət Arxivində qorunan qiymətli materiallarının, əlyazmalarının, məktublarının və şəxsi arxiv sənədlərini, o cümlədən elektron resursları da əhatə etməsi və həmin materialların biblioqrafiyaya əlavələr şəklində verilməsidir.

Biblioqrafik monoqrafiya filologiya, tarıx, biblioqrafiyaşünaslıq elmlərinin müxtəlif istiqamətləri üzrə elmi–tədqiqat işi aparan, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 4363 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər