Kukla Teatrında cari mövsümün bağlanış mərasimi keçirildi

Kukla Teatrında cari mövsümün  bağlanış mərasimi keçirildi
16 iyul 2022
# 10:00

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında cari mövsümün, teatrın 90-cı mövsümünün təntənəli bağlanış və “Teatrın dostu” nominasiyası üzrə mükafatlandırma mərasimi təşkil olunub.

Kulis.az xəbər verir ki, Kukla Teatrının 90-cı teatr mövsümünü də uğurla başa vurmasından danışan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu mövsümdə də olan uğurlu işlərdən və teatrın qastrol səfərlərindən, eləcə də beynəlxalq festivallarda çıxışlarından danışıb. Qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə rəğmən istər onlayn tamaşa nümayişlərində, istərsə də məhdudiyyətlərin aradan qaldırılmasından etibarən kuklaçılar fasiləsiz olaraq balaca tamaşaçılar qarşısında tamaşalar, premyeralar, mədəni-sosial layihələr, kütləvi konsert və nümayişlərlə daim fəaliyyətdə olublar: "Mövsüm ərzində teatrımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq teatr festivalında uğurla təmsil olunaraq, üç diplom ilə təltif olunub. Teatrın yaradıcı heyəti, eləcə də “Oyuq” teatr-studiyasının fəalları Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya festivalında uğurlu çıxışları ilə yadda qalmağı bacarıblar", - deyə teatrın direktoru bildirib.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov mövsüm ərzində teatrın uğurlu fəaliyyətindən danışaraq gələcək üçün daha da böyük plan və işlərin olduğunu vurğulayıb: "Teatr müəssisəsi olaraq tamaşa planını, eləcə də müxtəlif mövzularda hazırladığımız səhnə işlərini də uğurla təqdim etmişik. 2021-ci ilin oktyabrından etibarən 4 tamaşanı ərsəyə gətirib, teatrsevərlərin ixtiyarına vermişik. Növbəti mövsümə də böyük sevgi və həvəslə hazırlaşırıq. Siz tamaşaçıları yenə fərqli tamaşalar, layihələr ilə sevindirəcəyik".

Teatrın baş rəssamı İqbal Əliyev çıxış edərək ümumən bu mövsüm ərzində teatrda qurulan tamaşalar haqında danışıb: "Bu gün teatr təmsilçiləri olaraq mövsümün bağlanışını bayram edirik. Bu xoş gündə sevincimizə qoşulan hər kəsə təşəkkürümüzü bildiririk".

Daha sonra “Teatrın dostu” nominasiyası üzrə teatrın seçilən əməkdaşları ilə yanaşı mövsüm ərzində Kukla teatrı ilə davamlı əməkdaşlıq edən bəzi mətbuat nümayəndələri də mükafatlarla təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

# 2172 dəfə oxunub

Oxşar xəbərlər

87 abidənin məlumatlarında düzəliş edildi - Nazirlikdən açıqlama

87 abidənin məlumatlarında düzəliş edildi - Nazirlikdən açıqlama

13:15 5 fevral 2026
Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anıldı

Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anıldı

12:38 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
“Vəhşi təbiətin super qəhrəmanları”  sərgisi açıldı

“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı

11:40 5 fevral 2026
Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

11:30 5 fevral 2026
“Biblioqrafiyaşünas alim Nadir İsmayılov”  adlı sərgi hazırlandı

“Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi hazırlandı

11:20 5 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər