İranlı iş adamı dələduzluqda ittiham olunur

İranlı iş adamı dələduzluqda ittiham olunur
23 yanvar 2024
# 15:20

İranlı iş adamı Azərbaycanda dələduzluqda ittiham olunur.

Kulis.az xəbər verir ki, 2023-ci ilin aprel ayında “Tar Events Baku” MMC-nin direktoru Derablou Mohammadhossein Younes adıçəkilən şirkətə müraciət edərək Azərbaycanda təşkil edəcəkləri konsertlərlə bağlı əməkdaşlıq təklif edib. “Azərbaycan Litva Dostluq Evi”nin xidmətlərindən yararlanmaq istəyən iranlı iş adamı 2023-cü ilin may ayında onlarla müqavilə bağlayıb.

İran vətəndaşı Derablou Mohammadhossein Younes bildirib ki, Azərbaycanda tez-tez konsertlər təşkil etmək niyyətindədirlər və buna görə onlara aviabiletlər alınmalıdır. İlk konsert proqramı ötən ilin oktyabrında baş tutub. Onların birgə əməkdaşlığı ilə Türkiyənin məhşur müğənnisi İrem Derici Bakı səhnəsində çıxış edib.

“Müqavilə şərtlərinə əsasən hər konsert proqramı başa çatdıqdan sonra iranlı iş adamı dərhal göstərilən xidmətlərin pulunu ödəməli idi. Lakin Derablou Mohammadhossein Younes pulu ödəmədi və müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışdı. Sonradan isə onunla ümümiyyətlə əlaqə saxlamaq mümkün olmadı. Telefonlara cavab vermədi və qaçıb gizləndi. Çox çətinliklə onun İran nömrəsini tapdıq və əlaqə saxladıq. O bizə dedi ki, nə zaman istəsə o vaxt da pulu ödəyəcək. Derablou Mohammadhossein Younes bizə qarşı dələduzluq edib və şirkətimizə 11 600 (on bir min altı yüz) manat məbləğində ziyan vurub. KİV vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmək istəyirik ki, dələduzluq əməlləri ilə məşğul olan İran vətəndaşı barəsində Azərbaycan qanunvericiliyi əsasında tədbir görülsün. Hamı bilsin ki, bu kimi şirkətlərə inanmaq olmaz”. Lent.az

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər