İranda Nobel Sülh Mükafatı laureatı həbs olundu

İranda Nobel Sülh Mükafatı laureatı həbs olundu
12 dekabr 2025
# 18:50

İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədinin yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub.

Universitetdə təhsil aldığı zaman tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazaraq diqqət çəkib.

Məhəmmədi ilk dəfə 1998-ci ildə İran hökumətini tənqid etdiyinə görə həbs edilib və bir il həbsdə yatıb.

2010-cu ilin aprelində İranın İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə görə İslam İnqilabı Məhkəməsinə çağırılıb. Qısa müddətə 50 min dollar girov müqabilində sərbəst buraxılıb, lakin bir neçə gün sonra yenidən həbs edilib və Evin həbsxanasında saxlanılıb.

Məhəmmədi həbsdə olarkən səhhətində problem yaranıb. Nəticədə, bir aydan sonra o, evə buraxılıb və xəstəxanaya getməsinə icazə verilib.

2011-ci ilin iyulunda Məhəmmədi yenidən mühakimə olunub və "milli təhlükəsizliyə qarşı hərəkət etmək, İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə üzv olmaq və rejim əleyhinə təbliğat aparmaq"da təqsirli bilinib.

Sentyabr ayında o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ildə hökm altı ilə endirilsə də, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

2012-ci ilin iyulunda beynəlxalq qanunvericilər qrupu onun azadlığa buraxılmasına görə təşəbbüs göstərib və 2012-ci il iyulun 31-də Məhəmmədi həbsdən azad edilib.

2015-ci il mayın 5-də Məhəmmədi yeni ittihamlar əsasında yenidən həbs edilib və 8 oktyabr 2020-ci ildə həbsdən azad edilib.

16 noyabr 2021-ci ildə o, Əlborz vilayətinin Kərəc şəhərində 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən İbrahim Ketabdarın anım mərasimində iştirak edərkən yenidən həbs edilib. Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layiq görülərkən həbsdə olub.

# 1492 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər