Hilal Baydarovun layihəsi Sarayevo Film Festivalında

Hilal Baydarovun layihəsi Sarayevo Film Festivalında
8 may 2025
# 10:20

“Səpələnmiş ölümlər arasında”, “Balıqlara xütbə” kimi filmləri ilə nüfuzlu beynəlxalq festivallarda bir neçə mükafat qazanmış rejissor Hilal Baydarovun “Daş üstündə daş” adlıyeni tammetrajlı film layihəsi 31-ci Sarayevo Film Festivalı çərçivəsində keçirilən “CineLink” Birgə İstehsal Bazarında təqdim olunacaq.

Kulis.az xəbər verir ki, bundan əvvəl “Xurmalar yetişəndə” filmi ilə 25-ci Sarayevo kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasında “Sarayevonun ürəyi” (Heart of Sarajevo) mükafatını qazanmış Hilal Baydarov bu dəfə festivala “Daş üstündə daş” adlı yeni dramı ilə qayıdır.

Xatırladaq ki, bu il CineLink Industry Cənub-Şərqi Avropadan inkişaf mərhələsində olan doqquz perspektivli bədii film layihəsi seçib. Bu layihələr 16–20 iyun tarixlərində baş tutacaq CineLink Workshop-da iştirak edəcəklər.

Hilal Baydarov və Georg Tillerin müəllifi olduğu “Daş üstündə daş” filmi çürüməkdə olan bir tikinti sahəsində yaşayıb-işləyən gənc cütlüyün həyatından bəhs edir. Onlar doğulmamış övladları üçün ümidli bir gələcək qurmağa çalışsalar da, yoxsulluq və istismar torunda ilişib qalıblar.

Qeyd edək ki, Avstriya və Azərbaycanın ortaq istehsalı olan ”Daş üstündə daş” filmi “Subobscura Films” və “Ucqar Film” tərəfindən istehsal olunub.

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər