“Harmoniya” qrup sərgisi açılacaq

“Harmoniya” qrup sərgisi açılacaq
3 mart 2023
# 14:40

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə martın 6-da “Harmoniya” adlı qrup sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, Bakıdakı Rus evinin sərgi salonunda açılacaq sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.

Statusundan və yaşından asılı olmayaraq qadın gözəlliyi, incəlik, mənəvi müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında tərənnüm edilib.

“Harmoniya” adlı qrup sərgisi qadın təbiətini, kainatın ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçiriləcək.

Sərginin ekspozisiyasında 30-a yaxın müəllifin müxtəlif üslub və texnikalarda ərsəyə gətirdiyi 40-a yaxın rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunacaq.

# 2359 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

16:00 30 sentyabr 2026
2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər