Geyim şagirdlərə necə təsir edir?

Geyim şagirdlərə necə təsir edir?
17 oktyabr 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Keçən həftə müəllim işləyən dostumla rastlaşdım. Hər dəfə onunla görüşəndə dəxlsiz bir söhbət düşür, mübahisə edirik. Ona görə də müxtəlif bəhanələrlə söhbətdən qaçmaq istədim, ancaq alınmadı.

Bir yer tapıb oturduq. Xeyli söhbət elədik. Açığı, özüm də sevindim, nəhayət, ilk dəfə mübahisəsiz danışdıq, deyib-güldük. Ta ki, axırda dediyi fikrə qədər:

"Məktəbdə bir hicablı müəllim var. Heç nədən də başı çıxmır. Müəllim nədi, hicab taxmaq nədi? Müəllim hicab taxmamalıdır!”

Açığı, mübahisə eləmək istəmədim. Yorğun idim.

Dalınca da nə desə yaxşıdı:

"Taxırsan, tax, amma sinfə elə gəlmə. Çıxart, dərsini keç, sonra yenə taxarsan da."

Əvvəl elə bildim zarafat eləyir. Gördüm yox, ciddidir. Doğrudan da, belə düşünür. Tək o elə düşünmür, belə düşünən xeyli adam var. Hicabın uniforma olduğunu düşünürlər: Kefin istəyəndə tax, istəməyəndə çıxart. Hə, vallah, bəziləri belə düşünür. Ya da elə bilirlər ki, müəllimsənsə, avtomatik etiqadından dönməli, hicabı çıxartmalısan. Əsas maaşdır.

Burda söhbət konkret dindən getmir. İnsanlar anlayışları özlərinə sərf eləyib-eləməməklə ölçürlər.

Bir ara universitetlərə də tətbiq olundu bu, sonra imtina elədilər. Belə müdaxilələr əlbəttə ki, yolverilməzdir.

Hə, deyə bilərlər ki, bəs o geyim şagirdlərə təsir eləyə bilər və s. Hər geyim təsir eləyə bilər. Qapalı geyim uşaqlara təsir eləyir, amma açıq eləmir? Yəni doğrudan da, buna inanırsınız?

Üstəlik, hicablı qadınlar da bu ölkənin tərkib hissəsidir. O uşaqlar da mütləq ki, evində, qonşuluğunda, məhəlləsində və s yerlərdə hicablı qadınlarla rastlaşıb. Hicabı ilk dəfə sinifdə görmür də, yəni. Sinifdə görməsində nə problem var?

Eyni adamlar, məsələn, anatomiya kitabından məlum səhifələri cırırlar ki, uşaqlara pis təsir eləməsin.

Sosial şəbəkələrdəki linçlərdən sonra xeyli adam ayıldı, düzdü, ancaq mən oxuduğum illərdə uşaqlara cinsi mövzularda heç bir bilgi verilmirdi. Hətta 10-11-ci siniflərdə belə. Əlbət, o yaşlarda özün təcrübə qazanırdın, ancaq bütün hallarda məlumatlandırma mütləqdir.

Musiqi dərsində müəllim mahnı oxudurdu, əlli dəfə sinfə girib-çıxırdılar, axırda müəllim məcbur olub keçirdi nəzəriyyəyə.

İndi görürəm, bəzi müəllimlər əməlli-başlı musiqi dərsi keçir, fortepiano-filan çalırlar, uşaqlarda keyfiyyətli musiqi vərdişi yaradırlar.

Ölkədə məktəb, təhsil, tədris barədə çox şey danışmaq olar. Danışılır da.

Di gəl ki...

# 5419 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər