Əməkdar artist Cabir İmanov vəfat edib

Əməkdar artist Cabir İmanov vəfat edib
29 sentyabr 2025
# 14:16

"Parni iz Baku" KVN komandasının üzvü, Əməkdar artist Cabir İmanov vəfat edib.

Kulis.az xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.

1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.

O, DTX Mədəniyyət mərkəzinin rəisi idi.

# 3132 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər