Elnarə Qaragözovanın yeni kitabı çap olunub

Elnarə Qaragözovanın yeni kitabı çap olunub
20 noyabr 2025
# 11:05

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Азербайджанская постмодернистская литература” (“Azərbaycan postmodern ədəbiyyatı”) adlı monoqrafiyası nəşr olunub.

Kulis.az xəbər verir ki, müəllifin altıncı, rus dilində isə ilk monoqrafiyası olan əsər institutun Elmi Şurasının 7 noyabr 2024-cü il tarixli, protokol № 6-sı ilə qəbul edilmiş qərar əsasında çap edilib.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır. Nəşr müasir Azərbaycan ədəbiyyatında postmodernist poetikanın təzahürlərini sistemli şəkildə araşdıran ilk genişhəcmli tədqiqat əsəri kimi qiymətləndirilir.

Tədqiqatın strukturu “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postmodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və “Nəticə” bölmələrindən ibarətdir. Araşdırmada postmodernizm cərəyanı çoxplanlı şəkildə təhlil edilir və bu cərəyanın Azərbaycan ədəbiyyatında yeri ayrıca müəyyənləşdirilir.

Qeyd edək ki, monoqrafiya “Mütərcim” nəşriyyatı tərəfindən çap edilib və ümumilikdə 288 səhifədən ibarətdir.

# 1159 dəfə oxunub

Oxşar xəbərlər

Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu

Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu

10:50 13 oktyabr 2026
İbrahim Çingiz:  "“44”ə filmdən çox həyat, tarix kimi yanaşıram"

İbrahim Çingiz: "“44”ə filmdən çox həyat, tarix kimi yanaşıram"

10:36 13 oktyabr 2026
Xalq artisti Mehriban Zəki:  ""44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi"

Xalq artisti Mehriban Zəki: ""44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi"

10:35 13 oktyabr 2026
“44” filmi ilə bağlı mətbuat konfransı keçirildi

“44” filmi ilə bağlı mətbuat konfransı keçirildi

10:25 13 oktyabr 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

10:20 13 oktyabr 2026
“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər