Elçilərin Allahı-Hacı Şahin – Orxan Məmmədli yazır...

Elçilərin Allahı-Hacı Şahin – Orxan Məmmədli yazır...
2 mart 2023
# 13:10

Kulis.az Orxan Məmmədlinin "Elçilərin-Allahı" adlı yazısını təqdim edir.

Yalnız ali həqiqətə varan insan bu qədər fəhmli və vəhyli ola bilərdi. Bunun dinə dəxli yoxdur. Şahin Həsənli dini ehkamlardan daha ali idi.

Axşam ölümlə bağlı vatsap statusunu oxuyanda duruxdum. Hamıya ümid verən hacı niyə bu qədər naümid poeziyaya sığınıb?!

Səhər oyananda adəti üzrə xəbərlərə baxanda, Hacı Şahinin ölüm xəbərini gördüm, sarsıldım. Udquna bilmədim! Ömründə bir dəfə də namaz qılmamışam, bir gün də dinə bağlılıq hiss etməmişəm. O ki qaldı Şahinlə harasa ziyarətə gedəm, hansısa cümə namazında ruku tutam, ya da bardaş qurub xütbələrini dinləyəm... heç biri!

Sadəcə bir neçə dəfə ANS-də işləyəndə müxbir kimi müsahibə götürmüşəm, bir neçə dəfə də APA-da verilişlərə qonaq dəvət emişəm. Amma çox görmüşəm e onu, çox... Hər yerdə. Hər həftə. Hər məclisdə. Hər tədbirdə.

İmtinasız adam idi, Şahin Həsənli. Jurnalistlər öz aralarında ona zarafatla və təbii ki, hər şeydən anlayışlı olduğuna görə hərşeyşünas alim deyirdilər. Elə bir mövzu yox idi ki, Şahin o mövzuda piyada olsun.

Bundan sonra hansısa mötəbər tədbirə dəvət alanda yenə haradansa təşrif buyuracaqsan, bilirəm. Şəhadət barmağınla eynəyini düzəldib yenə hamını təmkinlə dinləyəcəksən. Amma daha danışmayacaqsan! Bu məni yaman üzür, Hacı!

Eldən getdi. Bütün ölkə ağlayır Hacı Şahin üçün. İnsanı nə qədər sevərlərmiş... Hamı sevirdi onu, hamı hörmət edirdi ona, dindarı da, ateisti də!

Minlərlə insanı əyri yollardan qaytaran Allah elçisi!
Hacı, sən Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən, Sosial Müdafiə Nazirliyinin məmurlarından, Müdafiə Nazirliyinin zampolitlərindən az iş görmədin.

Yüksəkrütbəli el adamı!

Adam elə bilir ki, bu dəqiqə yenə hansısa tədbirə gələcəksən haradansa. 49 yaş nədir ki! Ölüm yaşın da mənə doğmadır. Atam da bu yaşda gedib.

Dinə ehtiram və ehtişam gətirən bəndə!

Dinə qarşı radikal mövqeyimin özündə də bir cahillik olduğunu anladım sənin tolerantlığında. Səni kövrələrək və sayğıyla anıram. Cahillər ordusunu yarıbayarı azaltmağa müvəffəq oldunmu, bilmirəm?!

Amma sən bilirdin... Yazdın və getdin!

Mən bu ağlamalı, mən bu gülməli
Dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
Mən də tamahlanıb ölməyə gəldim.

Ramiz Rövşənin şeiridir. Son vatsap statusun da məhz bu idi, hacı.

Öz statusun isə ölməzdir – elçilərin Allahı!

Ruhun şad olsun!


# 5970 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

15:30 10 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Professor Tofiq Hacıyev:  "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

Professor Tofiq Hacıyev: "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

14:40 10 fevral 2026
“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

14:01 10 fevral 2026
Reza Deqatinin “Yüksələn işıq”   sərgisi açıldı

Reza Deqatinin “Yüksələn işıq” sərgisi açıldı

13:05 10 fevral 2026
Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

12:39 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər