Əkrəm Əylislini otaqdan qovdu, peyğəmbərlə söhbət etdi - Xalq yazıçısından maraqlı faktlar

İsa Hüseynov, Xalq yazıçısı

İsa Hüseynov, Xalq yazıçısı

1 aprel 2022
# 12:00

Bu gün Xalq yazıçısı İsa Hüseynovun anım günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında 10 maraqlı faktı təqdim edir.

İsa Mustafa oğlu Hüseynov Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra təhsilini yarımçıq qoyub kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

***

1968-ci ildə bir neçə tanınmış yazıçı Türkiyəyə göndərilir. Dəvətlilər arasında İsa Hüseynov da vardı. O, yoldaşını da özüylə aparır. Onda İsa Hüseynovun 40, yoldaşı Füruzənin 38 yaşı vardı. Uzun illər övladları olmayan yazıçı gecə yuxuda balaca qız uşağı görür. Səhəri gün yoldaşına deyir ki, sən ana olacaqsan. Qəribədir ki, yoldaşı bir neçə ay hamilə olduğunu bilməyib. Hətta elə bilirmiş xərçəngi var. Bakıda həkimə yoxladanda, həqiqətən, 4 aylıq hamilə olduğunu öyrənib. Böyük bir sevinc yaşayıb. İsa Hüseynov əvvəl qızın adını Möcüzə qoymaq istəsə də, sonra fikrindən daşınıb və ona Sevinc adını yaraşdırıb.

Müsahibələrinin birində İsa peyğəmbərin yaşında ölmək istədiyini demişdi... Deyirdi ki, gündə üç dəfə İsa peyğəmbərlə söhbət edirəm.

***

İsa Hüseynovun söhbətlərindən:

“Heç kim inanmaz, mən dörd dəfə dalbadal infarkt oldum; beləcə, qəşəng kanal açılırdı, deyirdim, məni aparırsınız? Bir dəfə lap kobud cavab verdilər. Dedilər ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör”.

İlk povesti “Bizim qızlar”a görə Mircəfər Bağırov onu möhkəm tənqid edib. Sonra hər şey yat-yüt olub. İsa Hüseynov üstündən xeyli vaxt keçəndən sonra bu povestdən imtina edib. Ümumiyyətlə, “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Yanar ürək” və s. əsərlərindən imtina etdiyini açıqlamışdı.

***

İsa Hüseynov bir dəfə Əkrəm Əylisliyə hirslənib:

- Əkrəm, “povestuşka”larını da götür rədd ol burdan!

Sonradan bu hadisənin səbəbini izah edən Əkrəm Əylisli İsa Hüseynovun onu qısqandığını söyləmişdi.

Müsahibələrindən birində deyib ki, ilk dəfə 1985-ci ildə ün (səs) eşidib. Onda “Yanar ürək” əsərinin üzərində yeddinci dəfə işləyirmiş. Dünyada İusus adı ilə tanınan Ey Sar onunla danışmağa başlayıb. Yazıçını danlayıb ki, bir romanı nə qədər yazmaq olar, əl çək bu romandan, mən sənə müasir bir roman mövzusu verəcəm, onu yazarsan. Bundan sonra İsa Hüseynov “İdeal” romanını yazmağa başlayıb.

***

Tibb İnstitutundan imtina edib. Dediyinə görə, dayısının təkidi ilə sənədlərini bura veribmiş. Dərslərin birində cərrahiyə əməliyyatında iştirak edib. Professor cəsədin ayıb yerini kəsməsini istəyib ondan. Yazıçı buna çox qəzəblənərək qayçını professorun üstünə atıb və birdəfəlik Tibb İnstitutundan gedib. Xəbəri eşidən dayısı qəzəblənib ona bir şillə vurub.

Bir gün Yusif Səmədoğlu gedir ki, İsa Hüseynovun evində yaxşı çay və şirniyyat süfrəsi açıb, stəkan-nəlbəkini də bir neçə dənə qoyub. Soruşur:

- Deyəsən, məndən başqa da qonaqların var?

İsa Hüseynov ciddi-ciddi:

- Hə, yadplanetlilər gəlib.

Yusif müəllim zarafatından qalmır:

- Şirniyyat, mürəbbədə də düzmüsən, yazıqları şəkər xəstəsi edəcəksən.

# 13182 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

10:15 21 sentyabr 2026
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə  şəhərləri günüdür

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

12:15 20 sentyabr 2026
Romanına görə ABŞ-da qanun qəbul edilən Pulitserli yazıçı kim idi?

Romanına görə ABŞ-da qanun qəbul edilən Pulitserli yazıçı kim idi?

11:30 20 sentyabr 2026
Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

11:00 20 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər