“Dədə Qorqud”un yeni nüsxəsi nəşr olunacaq

“Dədə Qorqud”un yeni nüsxəsi nəşr olunacaq
18 sentyabr 2023
# 11:34

Ötən ilin martında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən yeni əlyazması tapılan “Kitabi Dədə Qorqud” dastanının restavrasiyası başa çatıb və Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən faksimil nəşri (orijinalın bütün elementləri saxlanılmaqla təkrar çap etmək, – Nihat Pir) hazırlanıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Dumlupınar Universitetinin professoru Ersen Ersoy məlumat verib.

Professorun sözlərinə görə, kitabın PDF versiyası da artıq hazırdır.

“PDF variantla Bursa Böyükşəhər Bələdiyyəsinin internet saytında tanış ola bilərsiniz”.

Ersen Ersoy əlyazmanın latın əlifbasına çevrilmiş versiyasının bir neçə aydan sonra nəşr olunacağını qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.

# 2785 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər