Təqaüdə çıxmış futbolçu Devid Bekhemə Kral Çarlzın ad günündə həm futbol karyerasına, həm də Britaniya cəmiyyətinə verdiyi töhfələrə görə cəngavər rütbəsi veriləcək.
Kulis.az xəbər verir ki, futbolçu ilk dəfə 2011-ci ildə cəngavər rütbəsinə namizəd olub.
Bekhem futbol karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “LA Galaxy, Paris St-Germain” və “Milan”da oynayıb və 2013-cü ildə karyerasını bitirib.
Qeyd edək ki, futbolçu 2005-ci ildən UNICEF-in səfiridir.