Bir evimiz olmadı kirayələrdən uzaq... - Əsəd Qaraqaplan

Bir evimiz olmadı kirayələrdən uzaq... - Əsəd Qaraqaplan
7 iyun 2025
# 11:00

Bu gün şair Əsəd Qaraqaplanın doğum günüdür.
Kulis.az müəllifi təbrik edir və onun “Sonuncu sevgi şeiri”ni təqdim edir.


...bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.
bir evimiz olmadı kirayələrdən uzaq
bir oğul böyütmədik, əsgərə yola salaq...

hər şey bizdən böyükdü, hər şey bizdən balaca
ortalıqda qalmağın cəzası tənhalıqdı.
bunu da bu şeirin küncünə yaz, balaca,
– biz olan sevgilərin başında ayrılıqdı...

getdik, gördük atamız çoxdan ölüb... anamız
evimizlə bərabər qocalıb, əldən düşüb.
bacılar gəlin köçüb, evlənib qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...

hər şey saralıb-solub biz gedəndən şəhərə
biz kirayə qalandan yetim qalıb uşaqlıq...
bəlkə sevmədiyimiz bir qadından ötəri
ya çox böyük adamıq, ya da ki çox uşağıq...

bizi də böyütməyə gücü çatmaz şəhərin
nə şəhərlər var bizim uşaq xəyalımızda...
bu böyük gecələrin açılmayan səhəri
bizi kim anlayacaq, bizi - bu halımızda...

bir oğul böyütmədik, əsgərə yola salaq...
bir evimiz olmadı kirayələrdən uzaq...
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq...
bir qadın da sevmədik, ayrılaq, şeir yazaq...


# 3333 dəfə oxunub

Oxşar xəbərlər

Dostum, ötəridir hər şey dünyada... - Şellinin şeirləri Firidun Ağazadənin tərcüməsində

Dostum, ötəridir hər şey dünyada... - Şellinin şeirləri Firidun Ağazadənin tərcüməsində

11:30 28 aprel 2026
Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar

Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar

11:23 28 aprel 2026
Yaxşı adamlarla doludu dünya... - Günün şeiri

Yaxşı adamlarla doludu dünya... - Günün şeiri

14:00 27 aprel 2026
Sevgini çörək kimi ovub qumrularamı səpdin? - Fəridənin yeni şeirləri

Sevgini çörək kimi ovub qumrularamı səpdin? - Fəridənin yeni şeirləri

15:00 25 aprel 2026
Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri

Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri

12:40 25 aprel 2026
"Sevgilim qapımı asta-asta döyər..." - Mikayıl Rəflinin şeirləri

"Sevgilim qapımı asta-asta döyər..." - Mikayıl Rəflinin şeirləri

11:30 25 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər