Daim dünyanın diqqət mərkəzində olan Misir piramidaları

Daim dünyanın diqqət mərkəzində olan Misir piramidaları
23 avqust 2025
# 13:28

Kulis.az məşhur Misir piramidaları haqqında maraqlı faktları təqdim edir.

Dünyanın yeddi möcüzəsindən biri sayılan qədim Misir piramidaları hələ də sirrini qorumağa və dünyanın diqqət mərkəzində qalmağa davam edir.

Xeops, Xefren və Mikorinos Piramidaları

Misir piramidaları - deyiləndə ilk olaraq Cizədə yerləşən Xeops, Xefren və Mikerinos piramidaları yada düşsə də, əslində söhbət qədim və orta Krallıq dövründə inşa edilmiş 100-dən artıq piramidadan gedir.

Xufu Piramidası

Xufu piramidası və ya Böyük piramida kimi tanınan Xeops 145,75 metr hündürlüyü ilə 4 min il ərzində dünyanın ən hündür tikilisi olub.

1900-cü illərin əvvəllərinə qədər isə Yer üzündəki ən böyük və möhtəşəm insan əli ilə yaradılmış abidə hesab edilirdi.

Coser Piramidası

Misir piramidalarının ilki e.ə. 2630-cu illərdə inşa edilən və pilləli quruluşuna görə “Addım piramidası” adlandırılan Cozer (Coser) piramidasıdır.

Bu tarixi abidənin memarı isə qədim Misirin tanınmış simalarından olan yazıçı, heykəltəraş və astronom İmxotep idi.

Sirri son dövrlərdə açıqlanan tikililər


Misir piramidalarının maraq dairəsində olmasının ən böyük səbəbi onların necə inşa edildiyinin hələ də tam anlaşıla bilməməsi və içərisində saysız-hesabsız sirlər gizlətməsidir.

Hətta bəzən onların Yer kürəsindən kənar varlıqlar tərəfindən inşa edildiyi ssenarilər də irəli sürülüb.

Lakin sonradan, minlərlə insanın əmək gücü ilə riyaziyyat, həndəsə və fizika qanunlarının mükəmməl şəkildə tətbiq olunmasının nəticəsi olduğu fikri qəbul edilib.

4000 illik heyrətləndirici, riyazi dahilik

4 min il əvvəl inşa olunmuş piramidaların riyazi dahiliyi 21-ci əsrin insanını da təəccübləndirməkdə davam edir.

Məsələn, Xeops piramidasının təməl küncləri birləşdirildikdə hər tərəfi 229 metr olan mükəmmələ yaxın bir kvadrat alınır və bu ölçülər arasındakı fərq cəmi 0,1 faizdən də azdır!

Sayı 2 milyondan çox, tonlarla ağırlığı olan daşlar

Cizədəki üç piramidada istifadə olunan daşlar yan-yana düzüləcək olsa, 3 metr hündürlüyündə və 30,48 santimetr qalınlığında bir divar kimi bütün Fransanı əhatə edə bilərdi.

Piramidaları təşkil edən daş blokların sayının isə 2 milyona çatdığı güman olunur.

10 mindən çox insan əməyi

Bir neçə ton ağırlığında olan daş blokların necə daşınıb yerləşdirildiyi məsələsi də uzun müddət müzakirə olunub.

Təxminlərə görə, hər bir daşı təxminən 20 nəfər qaldırıb və inşa prosesində ümumilikdə 10 minə yaxın insan çalışıb.

# 1896 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

14:00 30 may 2026
"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

13:00 30 may 2026
"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər