Gənc şair: “O qızların ahı mənim üstümdədir”

Gənc şair: “O qızların ahı mənim üstümdədir”
15 may 2020
# 11:45

Kulis.az gənc şair Emin Piri ilə müsahibəni ixtisarla təqdim edir.

- Şairin həyatı mütləq dağınıq, səliqəsiz olmalıdır?

- Məncə, bu həyatına yön verə bilməyən insanların uydurmasıdır. Düzdür, insan yaradıcılığa köklənəndə, öz dünyasını quranda bir qədər səliqəsiz dağınıq görünə bilər və yaxud elə dağınıq da olar. Razıyam, kimsəni düşünməməli, kiməsə görə həyatına düzən verməli deyilsən. Bəs, özün üçün? Yaradıcılığın üçün bunu niyə etməyəsən? Beş gün dağınıq olanda, beş gün də heç olmasa həyata düzən vermək lazımdır. Çünki davamlı dağınıqlıq sonradan yaradıcılığın da dağınıq olmasına və istedadın tamamən məhv olmasına səbəb olur. Ömrü boyu dağınıq ola biləcək yazarı isə yalnız onun hər bir nazına dözəcək bir xanım xilas edə bilər. Əks hallarda isə o yalnız, yaradıcılığıyla birgə məhv ola bilər.

- Poeziyaya erotika əslində yaraşır, hardasa pis də səslənmir... Bu, zamanın tələbidir? Doğrudanmı çağdaş Azərbaycan oxucusu şəhvanilik axtarır?

- Erotikasız həyat, erotik fantaziyasız incəsənət ola bilməz. Erotik düşüncədən kasad olan insan heç vaxt istedadlı mətn yarada bilməz. Ümumiyyətlə, belə şəxs münasibətlərdə də uğursuz, mənasız, eyni zamanda təhlükəli tipdir. Quranın özündə belə qadın kişi münasibətlərindən, cinsəllikdən bəhs olunursa, niyə onun yaratdığı bəndə belə şeylərdən yaza bilməsin? Amma baxır necə. Sadəcə bunu daha poetik, daha dərin, daha düşüncəli vermək lazımdır. Ehtirasdan məhrum insan qədər təhlükəli kimsə yoxdur. Mənə görə, erotika həm də Tanrıya qovuşmaqdır. Yenə deyirəm, baxır nəyi və necə yazmalı və yaşamalı.

- Bilirik ki, subaysan. Şairlə də dolanmaq hər qadının işi deyil. Gələcək həyat yoldaşın necə olmalıdır?

- Bu barədə hələ düşünməmişəm. Vaxtilə o qədər qıza söz vermişəm ki, indi buna görə vicdan əzabı çəkirəm. Bilirəm ki, həmin xanımların ahı mənim çiyinlərimdədir. Buna görə də bir müddət tək qalmaq istəyirəm. Ən azından günahlarımdan təmizlənənə kimi.

serhed.info

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər