Arif Babayev: “Ağdama borclu qaldım” 

Arif Babayev: “Ağdama borclu qaldım” 
19 noyabr 2020
# 12:01

Erməni ordusunun Ağdamı döyüşsüz təhvil verəcəyi günə bir gün qaldı. O yerlərin həsrəti ilə yaşayan minlərlə insanın 27 illik həsrətinə sabah son qoyulur.

Ağdamda doğulan, böyüyən Xalq artisti, professor Arif Babayev də ömrünün ən xoşbəxt illərini o torpaqlarda yaşayıb. Hazırda həkim nəzarətində olan Xalq artisti ilə əlaqə saxlayıb sevincini bölüşdük. Səsi həyəcanlı gəldi:

“Ağdam mənim doğulduğum, böyüdüyüm torpaqdır. Arzusunda olduğum torpaqdır. Həmişə fikirləşirdim ki, görəsən, mən Ağdama bir də nə vaxtsa qayıda biləcəyəm?”

A.Babayev daha sonra bu möhtəşəm qələbədə zəhməti keçənlərin adını çəkdi:

“Sağ olsun ölkə başçımız. Qarabağ uğrunda döyüşən əsgərlərin, şəhid olan övladlarımızın qarşısında baş əyirəm. Bu qələbəni onların qanı bahasına əldə etmişik. Ağdamda doğulan bir adam kimi yadıma ömrümün ən xoşbəxt çağları, uşaqlıq illərim düşür. Heç inamım yox idi bir də o yerləri görəcəyim günə. Mənim bu dünyada Qarabağdan böyük dərdim yox idi. Ən böyük arzularımdan biri bu idi. Ölkəmizin başçısı sağ olsun, Qarabağı alıb bizə verdi. Amma Ağdama borclu qaldım. Demişdim, azad olunduğu gün dizin-dizin sürünəcəm, ancaq belə oldu ki, səhhətim imkan vermədi. Allahıma şükürlər olsun, ölmədən bu günü gördüm.”

# 4418 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər