"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid

"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
25 noyabr 2020
# 15:20

“Bilmək, baş açmaq olmur niyə, nəyə görə özünə, həm də yazıq oxucularına belə zülm verir”.

Bu sözləri yazıçı Seymur Baycan azlogos.eu saytında yayımlanan “İntellektual pafosun zərərləri haqqında” yazısında qeyd edib. O, daha sonra əlavə edib:

"Bir az da yaxına gələk, götürək bizim hörmətli Aqşin Yeniseyi. Şair kimi Aqşin müəllimə heç bir sözüm və iradım yoxdur. Poeziyası qarşısında bir oxucu kimi əllərimi qaldırıram, şapkamı çıxarıram. Biz burada nasir Aqşindən danışmaqdayıq. Beləliklə, Aqşinin istedadı var? Var, özü də vəhşisindən. Müşahidə qabiliyyəti var? Var. İntellekti var? Var. Son vaxtlar ciddi formada mütaliə etdiyi yazılarından hiss olunur. Yumor hissi var? Var. Qeyri-rəsmi atmosferdə, məclisdə də kifayət qədər maraqlı adamdır. Əsla quru adam deyil. Di gəl ki, adam nasir kimi əlinə qələm alanda ağıq-ağır mövzuların altına girir, boyundan yüksəkliklərə hoppanmaq istəyir, dağı arana, aranı dağa daşıyır, bir sözlə, əbəs yerə canıyla əlləşir. Bilmək, baş açmaq olmur niyə, nəyə görə özünə, həm də yazıq oxucularına belə zülm verir. Halbuki, o vaxtlar, yəni 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində İranla sərhədlər açılanda Cəlilabadda, elə öz kəndlərində baş verən hadisələri olduğu kimi yazsa, gözünün qarşısında baş verən, şəxsən şahidi olduğu hadisələrin azacıq orasını-burasını düzəltsə, rəndələsə, çox yox, bir az da üstünə duzdan, istiotdan, nanədən zaddan (zəfəran, sarıkök lazım deyil, zəfərandan, sarıkökdən istifadə etsə mövzunu zay edəcək) səpələsə, ortaya xeyli maraqlı mətnlər qoya bilər və bunun üçün onun hər cür imkanı var. Allaha şükür, yaddaşı da yerindədir, pozulub eləməyib. Aqşin İranla sərhədlər açılanda gözünün qarşısında baş verən, şəxsən şahidi olduğu hadisələrdən danışanda, ona demişəm ki, allahsız, bunları yaz, bunlar çox maraqlı söhbətlərdir, əsl tarixdir. Bu tarixin canlı şahidləri əbədi deyillər, bu gün, yaxud sabah, ola bilsin o birisi gün ayaqlarını uzadaraq ölüb, axirət dünyasına yollanacaqlar. Qayıdıb deyəsən ki, əşi yox e, ədəbiyyat başqa şeydir. Bu cavabın əvəzinə başıma bir verdə qaynar su töksəydi daha yaxşı olardı. Nədir ədəbiyyat? Habildən, Qabildən, Adəmdən, Həvvadan, qədim Misir mifologiyasından yazmaq? Sənin Habillə, Qabillə, qədim Misir mifologiyasıyla nə işin var? Yetim qızsan qıvrıl yat!"

# 4573 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər