“CinemaPlus” Barselonada keçirilən “CineEurope” sərgisində

“CinemaPlus” Barselonada keçirilən “CineEurope” sərgisində
23 iyun 2023
# 17:53

“CinemaPlus” bu il İspaniyanın Barselona şəhərində ənənəvi keçirilən və dünyanın bir çox ölkəsinin iştirak etdiyi “CineEurope” beynəlxalq sərgisində Azərbaycanı təmsil edib.

Kulis.az xəbər verir ki, “CineEurope-2023” tədbirində Hollivud və Avropa studiyalarının kino sənayesində ən yaxşı studiya nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunur.

“The Film Expo Group” tərəfindən yaradılmış “CineEurope 38” Avropa ərazisində film sərgi iştirakçılarının və onların milli assosiasiyalarının məhsullarının nümayişini təmin edən Beynəlxalq Kino İttifaqının (UNIC) rəsmi tədbiridir.

Sərgidə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunan filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında “Universal Pictures”, “Sony Pictures”, “The Walt Disney Company”, “Paramount Pictures” və “Warner Bros.” studiyaları yer alıblar. Bundan başqa nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.

“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək, bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edəcək.

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər