Beynəlxalq mükafatın yeni sahibi açıqlandı

Beynəlxalq mükafatın yeni sahibi açıqlandı
24 mart 2022
# 16:20

Astrid Lindqrenin xatirəsinə həsr edilmiş beynəlxalq mükafat hər il uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilir. 2022-ci ildə bu beynəlxalq mükafatın laureatı isveçli müəllif və rəssam-illüstrator Yeva Lindström olub.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, Yeva Lindström 1952-ci ildə Vesterosda doğulub. 1969-1974-cü illərdə Stokholmda Konstfak rəssamlıq kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. Onun “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Lindströmün bənzərsiz yumoristik üslubu həm mətnlərdə, həm də şəkillərdə hiss olunur. Lindströmün nəsr əsərləri yığcamlığı, həmçinin zülmətlə yumorun xüsusi uyğunluğu ilə seçilir, illüstrasiyalarında akvarel, sulu boya və karandaşdan istifadə edir.

İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ilin yanvarında yazıçının ölümündən sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhuni əks etdirməlidir. Mükafat fondu 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük mükafatdır (maddi baxımdan). Mükafatın münsiflər heyəti Mədəniyyət üzrə Milli Şura tərəfindən formalaşdırılır, onun tərkibinə yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər, kitabxanaçılar daxil olur.

2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız hekayəçisi Jan-Klod Murleva olub.

2022-ci ildə mükafata iddiaçıların siyahısında 71 ölkədən 262 namizəd vardı.


# 2720 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər