Azər Aydəmir: "İlhamlanmaq və kopyalamağı qarışdırmasınlar"

Azər Aydəmir

Azər Aydəmir

20 fevral 2023
# 11:30

“İlhamlanmaq və kopyalamağı qarışıq salmasınlar. Mən də "Əqrəb mövsümü"nü yazanda 10-larla film, seriallara baxmışam ki, bu tərzdə, rəngdə olsun. Amma bir-bir eynisini etməmişəm”.

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir "Düzünə qalsa" proqramında deyib.

Aktyor bildirib ki, ona "təhsilsiz aktyor" damğasını vurmağa çalışıblar: “Cəhd edirdilər. Məni tanıdan bir sıra film, seriallar oldu. Əlbəttə ki, yaradıcılıq intriqalarla doludur. Yeni-yeni tanınmağa başlayanda mənim qulağıma gəlib çatdı. Yaşlı nəslin nümayəndələri, o cümlədən həmkarlarım təhsilsizliyi bilavasitə silah kimi istifadə edirdilər mənə qarşı. Hər uğurumda deyirdilər ki, əşi bura kimi...Əşi burada da bəxti gətirdi... Mənə inanmırdılar. O dövr gəldi ki, prodüser kimi onları çəkirəm. 18-19 yaşımdan, tək, dostlarımın əhatəsində böyüyürəm. Kino sektoru və televiziyamızda inam çatmır, maddiyyatla heç bir əlaqəsi yoxdur. Xarici seriallara, telekanallara baxırıq. İçimizdə o inam itib ki, daha yaxşısını edə bilərik. Düşünürük ki, bunun nüsxəsini edə bilərəm və edir də. Nəticədə "mutant" həm tanış, həm yaxın, eyni zamanda da iyrənc, tükləri biz-biz saxlayan, əttökən bir şey alınır...Çünki o seriallar, verilişlər, xəbərlər kopyalamağa çalışır. Nə tutubsa, onu edirik".

# 2588 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər