“Azdrama”nın tamaşaları beynəlxalq forumda

“Azdrama”nın tamaşaları beynəlxalq forumda
2 dekabr 2021
# 15:55

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilib.

Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edib, master klasslar və sərgi təşkil olunub.

Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları böyük uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki...” tamaşalarının iştirakı müəyyənləşib.

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.

“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

# 4097 dəfə oxunub

Oxşar xəbərlər

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

15:00 27 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Məşhur müğənni motosiklet qəzasında vəfat etdi

Məşhur müğənni motosiklet qəzasında vəfat etdi

11:15 27 mart 2026
Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür

10:43 27 mart 2026
"Mən daha mübarizə edə bilmirəm" - Virciniya Vulfun son məktubu

"Mən daha mübarizə edə bilmirəm" - Virciniya Vulfun son məktubu

10:20 27 mart 2026
"Anar ömrünün axırınacan sədr qalsın" - O, əsl avtoritetdir...

"Anar ömrünün axırınacan sədr qalsın" - O, əsl avtoritetdir...

17:38 26 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər