“Arşın mal alan” Türkmənistan mətbuatında

“Arşın mal alan”  Türkmənistan mətbuatında
8 dekabr 2025
# 14:00

Türkmənistanın nüfuzlu “Orient” informasiya portalı Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il anadan olmasının 140 illiyi qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri - “Arşın mal alan” operettası haqqında geniş material yayıb.

Kulis.az xəbər verir ki, məqalədə “Arşın mal alan” ın Şərq və Qərb musiqi ənənələrinin nadir şəkildə sintez olunduğu, bir əsrdən artıq müddətdə aktuallığını və populyarlığını qorumağı bacaran bənzərsiz sənət incisi olduğu vurğuilanıb.

Portal yazır ki, bu operetta təkcə musiqi və dramaturji baxımdan deyil, həm də məzmununda əks olunan sevgi azadlığı, səmimiyyət, humanizm və ailə dəyərləri kimi mövzulara görə bu gün də xüsusi əhəmiyyət daşıyır.

Materialda Aşqabadda yerləşən A.S.Puşkin adına Rus Dram Teatrında nümayiş olunan “Arşın mal alan” tamaşasının geniş tamaşaçı rəğbəti qazandığı qeyd olunur. Bildirilir ki, səhnə tərtibatı, aktyorların ustalıqla yaratdığı obrazlar, musiqi və dekor üslubunun harmoniyası tamaşanı xüsusilə yaddaqalan edib və türkmən teatr mühitində böyük maraq doğurub.

Məqalədə operettanın dünya miqyasında qazandığı monumental uğur da geniş işıqlandırılır: əsərin 80-dən çox dilə tərcümə edilməsi, 76 ölkənin 187 teatrında səhnələşdirilməsi onun beynəlxalq miqyasda tanınan nadir musiqi nümunələrindən biri olduğunu təsdiqləyir. Həmçinin 1945-ci il kino-versiyasının müasir texnologiyalarla rənglənərək yenidən işlənməsi Azərbaycanın mədəni irsinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi xüsusilə qeyd olunur; bu prosesə Heydər Əliyev Fondunun böyük töhfə verdiyi vurğulanır.

Bununla yanaşı, portal bildirir ki, “Arşın mal alan” təkcə bir sənət əsəri deyil, Azərbaycan və türkmən xalqları arasında yaxın mədəni əlaqələrin, ortaq mənəvi köklərin və dostluğun rəmzidir. Operetta region xalqlarının ümumi mədəni yaddaşını zənginləşdirən, onları bir-birinə daha da yaxınlaşdıran mühüm körpü rolunu oynayır.

Məqalənin sonunda qeyd edilir ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan və Türk dünyası üçün tükənməz ilham mənbəyi olaraq qalır və onun sənət mirası gələcək nəsillər tərəfindən də dərin ehtiramla yaşadılacaq.

# 832 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər