Nəsimi festivalında tanınmış sənətkarlar çıxış edəcək

Nəsimi festivalında tanınmış sənətkarlar çıxış edəcək
22 sentyabr 2025
# 09:50

İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.

Kulis.az xəbər verir ki, sentyabrın 24-də Nəsimi fesitvalı çərçivəsində Şamaxıdakı Nəsimi Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.

Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyəcək.

Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçi Hakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinləniləcək.

Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri - “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başa çatacaq. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq.

Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılan möhtəşəm Nəsimi abidəsinin onündə baş tutması olacaq.

Qeyd edək ki, builki Nəsimi festivalı 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək.

# 174 dəfə oxunub

Oxşar xəbərlər

“Atəş bölgəsində: Dağıntılar arasında möcüzələr” - Qəzza Biennalesi

“Atəş bölgəsində: Dağıntılar arasında möcüzələr” - Qəzza Biennalesi

11:00 22 sentyabr 2025
Litvada yəhudi tarixinə dair  muzey açılıb

Litvada yəhudi tarixinə dair muzey açılıb

10:45 22 sentyabr 2025
Tanınmış türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvana gəlib

Tanınmış türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvana gəlib

10:22 22 sentyabr 2025
Xətai rayonunda İkinci Kəlağayı Festivalı  keçirilib

Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib

09:18 22 sentyabr 2025
Orxan İskəndərli:  “Hilal Baydarovun  filmlərində aktyorluğumu göstərə bilməmişəm...” - Müsahibə

Orxan İskəndərli: “Hilal Baydarovun filmlərində aktyorluğumu göstərə bilməmişəm...” - Müsahibə

09:00 22 sentyabr 2025
Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası feyk xəbərdir - Açıqlama

Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası feyk xəbərdir - Açıqlama

18:39 21 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər