Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
27 iyun 2023
# 11:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən kulis.az-a verilən məlumata görə, 5-15 iyul tarixlərində baş tutacaq festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edəcək.

Festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq. İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.

Festivalın repertuarında N.Dumbadzenin əsərləri və gürcü yazılı nümunələrinin səhnə təfsiri əsasında hazırlanan tamaşalar yer alacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edəcək.

Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın məşqində iştirak edib, festivalın beynəlxalq teatr mühitindəki önəmindən danışıb, kollektivə uğurlar arzulayıb.

Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər.

Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsəri müharibədən qayıdan, belində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

Tamaşanın rejissor baxışı və yozumu həmçinin sülhü, humanist ideyaları təbliğ edir, sənətin insan talelərini məhv edən müharibələrin əleyhinə olan qəti mövqeyindən çıxış edir.

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyi şimal-qərb regionuna infotur təşkil edib

Dövlət Turizm Agentliyi şimal-qərb regionuna infotur təşkil edib

15:00 18 sentyabr 2025
Bakıda Milli Musiqi Günü münasibətilə tədbir və konsert keçirilib

Bakıda Milli Musiqi Günü münasibətilə tədbir və konsert keçirilib

14:47 18 sentyabr 2025
Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi - Cavid Zeynallı

Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi - Cavid Zeynallı

14:30 18 sentyabr 2025
Puqaçova 5 il müddətinə həbs oluna bilər

Puqaçova 5 il müddətinə həbs oluna bilər

13:50 18 sentyabr 2025
Telekanalın keçmiş mühafizəçisi qətlə yetirildi

Telekanalın keçmiş mühafizəçisi qətlə yetirildi

13:30 18 sentyabr 2025
Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir?

Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir?

13:23 18 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər