Ağdamda müasir üslubda kənd salınacaq

Ağdamda müasir üslubda kənd salınacaq
27 dekabr 2023
# 15:25

Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub. "Yeni salınacaq Qiyaslı kəndində 2546 nəfərin köçürülməsi üçün 656 fərdi yaşayış evi tikiləcək. Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olacaq. Ərazidə qeyri-yaşayış obyektlərinin də inşası nəzərdə tutulub. Burada klub-icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin inşası da düşünülür".

Bəşir Hacıyev qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib. "Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb. Fərdi yaşayış evlərinin inşasına start verilib. İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanılacaq. Həmçinin qeyri-yaşayış obyektlərinin inşasının başlanması gözlənilir".

# 1870 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər