Yazıçılar Birliyi bəyanat yaydı

Yazıçılar Birliyi bəyanat yaydı
28 sentyabr 2020
# 18:16

Erməni işğalçılarının 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhə boyu hücuma keçməsi ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir:

“Sentyabrın 27-si səhər saatlarında işğalçı erməni hərbi dəstələrinin növbəti dəfə qanlı təxribata əl ataraq cəbhə boyu yerləşən mülki məntəqələrimizi, dinc insanlarımızı atəş hədəfinə alması bütün xalqımız kimi Azərbaycan Yazıçılar Birliyini də dərindən hiddətləndirdi.

Erməni faşizminin bu yeni vəhşiliyi nəticəsində hətta cəbhə xəttindən xeyli aralıdakı yaşayış məskənlərimiz atəşə məruz qaldı. Nəticədə bir aiənin 5 üzvü və ikisi yeniyetmə olmaqla, neçə-neçə günahsız azərbaycanlı həlak oldu və yaralandı, mülki məntəqələrdə ciddi dağıntılar törədildi.

İlk növbədə bunu bəyan edirik ki, Azərbaycan Yazıçılar Birliyi bu qatı bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun Dağlıq Qarabağdakı iyrənc əlaltılarını lənətləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə səsləyir!

Eyni zamanda, qürur hissilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli əmri ilə şanlı ordumuzun düşmənin təxribatını dayandırmaq, torpaqlarımızın azad etmək naminə bütün cəbhə boyu əks-hücuma keçməsini böyük ruh yüksəkliyilə qarşıladıq.

Dövlətimizin başçısının hər zamankı kimi yüksək qətiyyət göstərərək ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi hər bir azərbaycanlıda qələbə əhval-ruhiyyəsi yaratdı. Qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji mövqeləri azad edən Azərbaycan Ordusunun bu uğurları vətəndəki və bütün dünyadakı soydaşlarımızı, xalqımızın səmimi dostlarını sevindirdi və hər birimizdə daha böyük zəfərlərə inam hissi oyatdı.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu taleyüklü günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna yeni qələbələr arzulayırıq! Dövlətimizin rəhbərliyini və xalqımızı əmin edirik ki, sıralarında yüzlərlə vətənpərvər qələm adamını birləşdirən Azərbaycan Yazıçılar Birliyi bu haqq savaşımızın tezliklə və qəti qələbə ilə başa çatması üçün üzərinə düşən hər bir işi əzmlə yerinə yetirməyə, bu yolda hər cür fədakarlığa hazırdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sonsuz inamla vurğuladığı bu fikirlər indi Azərbaycan Yazıçılar Birliyinin də əsas devizinə çevrilib: Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

13:10 4 noyabr 2025
“Gilqamış"  operası nümayiş etdiriləcək

“Gilqamış" operası nümayiş etdiriləcək

12:55 4 noyabr 2025
Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

12:18 4 noyabr 2025
Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

11:38 4 noyabr 2025
"Lego" Bred Pittin filminə həsr olunmuş oyun dəsti təqdim etdi

"Lego" Bred Pittin filminə həsr olunmuş oyun dəsti təqdim etdi

11:30 4 noyabr 2025
Şəmistan Əlizamanlı:  "Müharibə başa çatdı, mənim mahnı yaradıcılığım da tamamlandı"  - Müsahibə

Şəmistan Əlizamanlı: "Müharibə başa çatdı, mənim mahnı yaradıcılığım da tamamlandı" - Müsahibə

10:53 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər